Bomba iddia: Əgər doğrudursa, yer-yerindən oynayacaq

ABŞ, "İran İnqilab Gözətçiləri"ni terror təşkilatı elan edəcək

 

ABŞ prezidenti Donald Tramp rəhbərliyinin, İranın ən güclü təhlükəsizlik xidmətlərindən biri olan "İnqilab Gözətçiləri"ni terror təşkilatı elan etməyə hazırlaşdığı qarşıya qoyuldu.

Amerika mediasında yer alan xəbərlərdə, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar daxilində, Tramp rəhbərliyinin "İran İnqilab Gözətçiləri Ordusu"nu (IRGC) terror təşkilatı elan etmək üçün bir qanun üzərində çalışdığı ifadə edilir.
Xəbərlərdə  Donald Trampın "xüsusi səlahiyyətindən' istifadə edərək İnqilab Gözətçiləri Ordusunu "terror təşkilatı" kimi tanınması qərarının İranla ABŞ arasında yaşanan gərginliyi artıra biləcək bir cəhd olduğu, Trampın məsləhətçilərinin də bu yanaşmaya müsbət yanaşdığı vurğulanır.

Trampa yaxın səlahiyyətlilərə istinadən verilən xəbərlərdə Ağ Ev rəhbərliyinin İranı ABŞ mənafeylərinə dəqiq bir təhdid olaraq gördüyü, buna görə İrana təzyiqi artırmaq üçün yollar axtardığı bildirilir. (CNN Türk)