Hakan Fidan Suriyada Kasyun dağından Şamı seyr etdi

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, Suriyanın Xarici İşlər Naziri Esad Hasan Şeybani ilə birlikdə Kasyun dağına çıxaraq Şam mənzərəsini izləyib.

Sherg.az xəbər verir ki, diplomatik mənbələrdən əldə olunan məlumata görə, Fidan işgüzar səfəri çərçivəsində görüşdüyü Şeybani ilə Kasyun dağına gedərək paytaxt Şamın panoramasını izləyib.

Paytaxt Şamın mərkəzində, şəhərin böyük hissəsinə nəzarət edən yüksəklik olan Kasyun dağı, Suriyada 2011-ci ildə azadlıq tələbləri ilə başlayan xalq hərəkatlarının rejim tərəfindən zorakılıqla yatırılmaq istənməsi nəticəsində başlayan vətəndaş müharibəsində böyük əhəmiyyət qazanmışdı.

Devrilmiş rejim, sivil şəxslərin çıxmasını qadağan etdiyi dağa, Beşşar Əsədin qardaşı Mahir Əsədə bağlı 4-cü Tümen əsgərləri başda olmaqla sıx hərbi yerləşdirmə etmişdi.

Kasyun Dağı, peyğəmbərlərlə və saleh insanlarla əlaqələndirilən müqəddəs məkanlar, mağaralar və əfsanələrlə tanınır.

Nazir Fidan bundan əvvəl də Suriyanın Prezidenti Əhməd Şara ilə Şam qarşısında çay içmişdi.