İnanmayacaqsınız, amma qorillaya bənzəyən cipsi 100 min dollara satıldı

“Harambe” adlı meymun qəfəsinə girən körpəyə hücum edərkən öldürülmüşdü
Amerikada bir zooparkda qəfəsinə körpə girdiyi üçün öldürülən qorilla "Harambe”yə bənzədiyi bildirilən bir cipsi 100 min dollara satılıb. ABŞ-ın Cincinnati şəhərində bir heyvanat parkında körpə qorillanın qəfəsinə girmiş və ardından qorilla vurularaq öldürülmüşdü.
17 yaşlı qorilla "Harambey”ə bənzəyən bir cipsi E-bayda satışa çıxarılıb. Cipsi üçün 132 adam təklif təqdim edib və sonunda 100 min dollara satılıb. 1 ədəd cipsiyə 100 min dollar verilməsi heyrətlə qarşılanıb. 
Xatırladaq ki, ABŞ-da bir zooparkda, "Harambe” adlı bir qorilla, qəfəsinə girən uşağın qurtarılması üçün təhlükəsizlik işçiləri tərəfindən öldürülmüşdü. 17 yaşlı qorilla qəfəsə girən uşağı 10 dəqiqə qədər sürüdükdən sonra vurulmuşdu. Qorillanın öldürülməsi ictimai mediada geniş əks-səda yaratmış, "Harambe üçün ədalət” imza kampaniyasına başladılmışdı.