Daha bir jurnalistin evi qarət olundu: "Evi alt-üst ediblər"




Jurnalist Bahar Rüstəmlinin evi qarət olunub.

Bu barədə Lent.az-a jurnalistin özü məlumat verib. O, bildirib ki, Biləcəri qəsəbəsində yaşadığı yeni yaşayış massivindəki həyət evindən naməlum şəxs və ya şəxslər oğurluq ediblər: 

"Hadisə vaxtı evdə heç kim olmayıb. Pəncərəni sındırıb evə daxil olublar. Evin altına-üstünə çeviriblər. Sonra 1500-2000 manat dəyərində qızıl-zinət əşyalarımı tapıb oğurlayıblar”.

Jurnalist bildirib ki, məsələ ilə Daxili İşlər Nazirliyinin "102” xidmətinə məlumat verilib: " Dünən artıq polis əməkdaşları gəlib izahatımızı alıb. Hazırda araşdırma aparılır”.