Bu probleminizi evdə təbii yollarla müalicə edə biləcəksiniz

Ayaq dırnağında yaranan göbələklər ümumiyyətlə ətraf faktorlara bağlı olaraq inkişaf edir.
Ekoloji faktorlara diqqət yetirsək; nəmlilik, yüksək istilik, uzun müddət ayaqda durmaq, bağlı və hava almayan ayaqqabılar geymək kimi vərdişlər, ayaqda və ya dırnaqda göbələk xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilər.
Ancaq artıq bu probleminizi evdə təbii yollarla müalicə edə biləcəksiniz.
Apteklərdə və ya marketlərdə tapa biləcəyiniz çay ağacı yağını hər axşam gecə yatmazdan əvvəl pambığın köməyiylə problemli bölgəyə sürtün.
Çay ağacı yağını sürtdükdən sonra ayağınızın hava almasını təmin etməlisiniz. 
Ağ sirkə və sarımsaq
İki ədəd sarımsağı yaxşıca əzin. Daha sonra iki yemək qaşığı ağ sirkə ilə qarışdırın. Son olaraq dırnağınıza sürtün və yaxşıca bağlayın. Dırnağınız yenilənənə qədər bu əməliyyatı etməyə davam edə bilərsiniz. 
Sirkəli su üsulu
Ayağınızı soxa biləcəyiniz bir şanın içərisinə bir yemək qaşığı və ya suyun miqdarına görə sirkə əlavə edin. Hər gecə yatmazdan əvvəl ayaqlarınızı 20 və ya 30 dəqiqə bu suyun içərisində saxlayın.
Son olaraq ayaqlarınızı təmiz bir dəsmalla qurulayın. Gün içərisində dırnaqlarınız hava alması şəkildə ayaqqabılar geyməyə diqqət yetirin.
 Ağız qarqara suları
Ağız çalxalama suyunun ayaq göbələyi müalicəsində istifadə etmək qulağa çox maraqlı gəlir deyilmi? Artıq ağız qarqara suyunun ayaq və ya dırnaq göbələyində də istifadə edə biləcəksiniz.
İlk olaraq ayaqlarınızı yaxşıca yuyun. Quruladıqdan sonra təmiz olan ayaqlarınızı ağız qarqara suyu ilə yuyun. Gündə 15 dəqiqə bu əməliyyatı reallaşdırın. 
Limon
Limonun bir möcüzəsi ayaq və dırnaq göbələyində də özünü göstərir. Hər axşam gecə yatmazdan əvvəl ayağınızdakı göbələyə 1 neçə damcı limon sıxın və 15 dəqiqə gözləyin.
Son olaraq limon damızdırdığınız göbələkli yeri su ilə durulayın. Bu əməliyyatı dırnağınız uzanana qədər davam etdirə bilərsiniz.