27 futbolçu təyyarə qəzasında həlak oldu - DƏHŞƏT+YENİLƏNİB




Kolumbiyada göyərtəsində 81 nəfərin olduğu təyyarə qəzaya uğrayıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Boliviyadan havaya qalxan təyyarə Medelyin şəhərində eniş etməli idi.
Yerli KİV-in məlumatına görə, göyərtədə Braziliyanın "Şapekoense” klubunun 27 üzvü və jurnalistlər də olub.

Klub üzvləri Cənubi Amerika Kubokunun finalında Kolumbiyanın "Atletiko Nasyonal” klubu ilə qarşılaşmalı idi. Son məlumata görə hadisə zamanı 5 nəfər sağ qalıb.