27 qəzetə birdəfəlik maliyyə yardımı ayrılıb






Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələlər barədə məlumat verib:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-cı il 19 iyul tarixli "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması haqqında” Sərəncamına əsasən qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması məsələsinin müzakirəsi.

2. Cari məsələlər.

Gündəlikdəki birinci məsələ barədə məlumat verən icraçı direktor Vüqar Səfərli son illər mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək dəyərləndirib. V.Səfərli ölkə başçısının 19 iyul 2017-ci il tarixli sərəncamı ilə qəzetlərə 1 milyon manat məbləğində maliyyə yardımının ayrılmasını çap mediasının üzləşdiyi problemlərin həlli, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi diqqətə çəkib.

Sonra məsələ ətrafında müzakirələr başlayıb. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - İntiqam Hümbətov, Bəhruz Quliyev, Əvəz Rüstəmov, Rasim Həsənov və Ayaz Mirzəyev dövlət başçısının son sərəncamının mətbuatın problemlərinin həlli baxımından mühüm əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin yekunu olaraq ölkədə uzun illər ərzində fəaliyyət göstərən, ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən 27 gündəlik ictimai-siyasi qəzetə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Cari məsələlərin müzakirəsi zamanı V.Səfərli Fondun qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verib.


Birdəfəlik maliyyə vəsaiti ayrılmış qəzetlərin siyahısı


№

Nəşrin adı

Ayrılmış məbləğ

(AZN)

1.

"Azərbaycan” qəzeti -  42.500

2.

"Bakinski raboçi” qəzeti - 42.500

3.

"Bakı Xəbər” qəzeti - 42.500

4.

"525-ci qəzet” - 42.500

5.

"Xalq qəzeti” -  42.500

6.

"İki sahil” qəzeti - 42.500

7.

"Kaspi” qəzeti - 42.500

8.

"Kaspiy” qəzeti - 42.500

9.

"Mövqe” qəzeti - 42.500

10.

"Palitra” qəzeti - 42.500

11.

"Respublika” qəzeti - 42.500

12.

"Səs” qəzeti - 42.500

13.

"Şərq qapısı” qəzeti -  42.500

14.

"Yeni Azərbaycan” qəzeti - 42.500

15.

"Yeni Müsavat” qəzeti - 42.500

16.

"Ekspress” qəzeti- 42.500 

17.

"Ədalət” qəzeti- 35.000

18.

"Olaylar” qəzeti -35.000

19.

"Şərq” qəzeti -35.000

20.

"Bizim yol” qəzeti -30.000

21.

"Exo” qəzeti - 30.000

22.

"Xalq Cəbhəsi” qəzeti  - 30.000

23.

"Həftə içi” qəzeti -  25.000

24.

"Azad Azərbaycan” qəzeti  -25.000

25.

"Novoye vremya” qəzeti  - 25.000

26. 

"Paralel” qəzeti  -25.000

27.

"Üç nöqtə” qəzeti  - 25.000