“Beynəlxalq ictimaiyyət Ermənistana siyasi və hərbi təzyiqlər göstərməlidir” - XİN
14:28 26.02.2017
Arxiv
380
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Xocalı soyqırımının 25-ci ildönümü və cəbhədə Ermənistanın törətdiyi son təxribatlar barəsində TRT World (English) kanalına canlı müsahibə verib.
APA-nın məlumatına görə, müsahibədə XİN rəsmisi Xocalıda Ermənistanın Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayət və soyqırım törətdiyini, bir gecənin içərisində 600 nəfərdən artıq insanın öldürüldüyünü bildirib.
Cəbhədəki son gərginliyə toxunan H.Hacıyev deyib ki, bu, Ermənistanın siyasi təxribatlarının hərbi müstəvidə davamıdır: "Məqsəd münaqişənin danışıqlar yolu ilə həllinə imkan verməmək və Xocalı soyqırımının ildönümü ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətinin yayındırılmasıdır. Gərginliklərin əsas səbəbi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğudur”.
H.Hacıyev münaqişənin həll edilməsi üçün beynəlxalq ictimaiyyətin Ermənistana siyasi və hərbi təzyiqlər göstərməli olduğunu və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və tam çıxarılmalı olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda həbs dalğaları gözlənilir: Sensasion adlar...
15:19 26.12.2025
Maraqlı
İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlılarına zərbələr endirdi
15:11 26.12.2025
Dünya
Kaladze: Heç kəsi bağışlamayacağıq
15:04 26.12.2025
Cənubi Qafqaz
Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
14:56 26.12.2025
Hadisə
60 min quzu dünyaya gəldi
14:49 26.12.2025
İqtisadiyyat
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib
14:46 26.12.2025
Hadisə
Bəşər Əsəd Şaraanı devirmək üçün 160 minlik ordu qurdu
14:29 26.12.2025
Dünya
Zelenskinin Noel arzusu: “Putin yox olsun”
13:55 26.12.2025
Dünya
Sahibsiz heyvanlar səbəbindən dəmir yollarında 54 hadisə baş verib
13:44 26.12.2025
Hadisə
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək
13:23 26.12.2025
Dünya
Patent sahiblərinə yeni hüquq verilir
13:17 26.12.2025
Siyasət
Paşinyandan Türkiyəyə açıq mesaj: “Böyük oynamalıyıq”
13:09 26.12.2025
Gündəm
Onlara sosial şəbəkələrdə hesab açmaq qadağan olunsun
13:08 26.12.2025
Sosial
ABŞ sanksiyaları qəsdən Avropa məmurlarına şamil etmədi - KİV
12:52 26.12.2025
Gündəm