Türkiyə XİN cəbhədə baş vermiş son hadisə barədə bəyanat yayıb
19:36 26.02.2017
Arxiv
567
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) bu il fevralın 24-dən 25-ə keçən gecə təmas xəttində Ermənistanın Azərbaycana qarşı ağır silahlarla olan hücumunu qınayıb.
Türkiyə XİN-dən APA-ya daxil olan məlumatda şəhidlərə Allahdan rəhmət dilənib, ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı verilib, yaralılara şəfa istənilib.
"Ermənistan yarım əsrdir ki, Azərbaycan torpaqlarının beşdə birini işğal altında saxlayır. 2016-cı ilin aprel ayında təmas xəttində və Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində yaşanan şiddətli qarşıdurmaların təkrar yaşanmaması üçün Ermənistanı atəşkəsə riayət etməyə və işğala son verməyə dəvət edirik” deyə, bəyanatda bildirilir.
Məlumatda o da qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli və daimi həllini dəstəkləməyə davam edəcək. Türkiyə, həmçinin, Minsk qrupunun münaqişənin həlli yönündəki cəhdlərinin sürətləndirlməsinin vacibliyini də qeyd edib.
Xəbərə görə, Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu cəbhədə baş vermiş son insidentlə bağlı azərbaycanlı həmkarlı Elmar Məmmədyarovla telefonla danışaraq ətraflı məlumat alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda həbs dalğaları gözlənilir: Sensasion adlar...
15:19 26.12.2025
Maraqlı
İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlılarına zərbələr endirdi
15:11 26.12.2025
Dünya
Kaladze: Heç kəsi bağışlamayacağıq
15:04 26.12.2025
Cənubi Qafqaz
Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
14:56 26.12.2025
Hadisə
60 min quzu dünyaya gəldi
14:49 26.12.2025
İqtisadiyyat
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib
14:46 26.12.2025
Hadisə
Bəşər Əsəd Şaraanı devirmək üçün 160 minlik ordu qurdu
14:29 26.12.2025
Dünya
Zelenskinin Noel arzusu: “Putin yox olsun”
13:55 26.12.2025
Dünya
Sahibsiz heyvanlar səbəbindən dəmir yollarında 54 hadisə baş verib
13:44 26.12.2025
Hadisə
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək
13:23 26.12.2025
Dünya
Patent sahiblərinə yeni hüquq verilir
13:17 26.12.2025
Siyasət
Paşinyandan Türkiyəyə açıq mesaj: “Böyük oynamalıyıq”
13:09 26.12.2025
Gündəm
Onlara sosial şəbəkələrdə hesab açmaq qadağan olunsun
13:08 26.12.2025
Sosial
ABŞ sanksiyaları qəsdən Avropa məmurlarına şamil etmədi - KİV
12:52 26.12.2025
Gündəm