Ölən anasıyla 2 gün eyni evdə tək qaldı

Balaca Mason soyuducudan tapdığı pendiri yeyərək həyatda qalıb
3 yaşlı uşaq, astma xəstəliyindən ölən anasıyla 2 gün eyni evdə tək qalıb. "The Sun”da nəşr olunan xəbərə görə, Linda Macdonald adlı qadın, qızı Lydianın rəfiqəsindən 2 gündür gənc qadından xəbər ala bilmədiyini söyləyincə narahatlıq keçirməyə başlayıb.
Jodi-Ann adlı rəfiqəsi 28 yaşlı Lydianın evinə gedən zaman kimsə qapını açmayıb. Pəncərədən balaca Masona qapını açmasını söyləyən Jodi-Ann Lydianı yataqda hərəkətsiz halda görüb. Astma xəstəsi olan qadın əlində tənəffüs cihazıyla həyatını itirmişdi. Talehsiz uşaq, "anamı oyada bilmirəm” deyə şikayətlənib. 2 gün boyunca soyuducudan tapdığı pendiri yeyərək həyatda qalan Mason, susuz qaldığı üçün xəstəxanaya yerləşdirilib. 3 yaşlı uşaq anasının bir daha oyanmayacağı xəbərini xəstəxanada, nənəsindən alıb. Lydiaya 2 yaşındaykən astma diaqnozu qoyulmuşdu. Həyatı boyunca xəstəxana ilə evinin arasında qalan gənc qadın, buna baxmayaraq olduqca xoşbəxt idi. Xəstəliyi mövzusunda həssas olduğu üçün yanında həmişə tənəffüs cihazı daşıyırdı. Ağrılı bir şəkildə anasını itirən Masonun atası da talehsiz uşaq 8 aylıqkən ölmüşdü.