Vikipediya Aysel Əlizadəni təhrif edib




"Vikipediyada adıma səhifə açılıb. Məlumatlar səhvdi". 

 Sherg.az xəbər verir ki, bunu tanınmış yazıçı Aysel əlizadə öz feysbuk səhidəində yazıb. 

O qeyd edib ki, partiyalılığı olmasa da, həmin məlumatda onun " Ümid" partiyasının üzvü olduğu göstərilib: 

"Kitablarım, yazılarım, bütün karyeram qalıb bir tərəfdə, haqqımda yalnız 5 -ci çağırış seçkilərə qatıldığım və altı namizəddən dördüncü olduğum qeyd edilib. Və guya mən 2014 - cü ildə boşanıb tələsik Ramin Hacılı ilə ailə qurmuşam. Yanlış. Hamı bilir ki, belə deyil. Mənim ilk evliliyim rəsmən 2011- ci ildə pozulub, sənədli-sübutlu. Bu da qanuna görə uşağın bir yaşının tamam olmasını gözləməklə bağlı olub. Ramin bəylə ailə quranda keçmiş həyat yoldaşım evliydi və oğlu doğulmuşdu. Dostlar gecə səhərəcən məlumatı dəyişib, kitablarım, yaradıcılığım haqda yazıblar, qarşı tərəf kimdisə, o da dəyişib yenidən öz bildiyi kimi yazıb. Bunun bir anlamı olmalıdı".