ABŞ ordusuna məxsus pilotsuz təyyarə Kanadanın Ontario Gölünə düşüb. ANS Press xarici mətbuata istinadla xəbər verir verir ki, pilotsuz təyyarə Ontario gölünün şərqində radarlardan itib. Kanadanın rəsmi qurumları hadisə ilə bağlı heç bir şərh verməyib. ABŞ Müdafiə Nazirliyinin verdiyi məlumata görə, təyyarədə uçuşdan əvvəl hər hansı bir texniki nasazlıq müşahidə edilməyib. Həmçinin pilotsuz təyyarə müşahidə aparmaq üçün havaya qaldırıldığı üçün, uçan qurğuda silah-sursat olmayıb. Göldə təyyarənin axtarışlarına başlanılıb.