Erməni biznesmen oğluna görə 6 nəfərin qətlini sifariş verdi

64 yaşlı rəhbəri Stepan Ananikyan polis tərəfindən saxlanılıb

Erməni biznesmen oğlunun qisasını almaq üçün 6 nəfərin ölümünü sifariş verib. "Avrokompleks” tikinti konserninin 64 yaşlı rəhbəri Stepan Ananikyan polis tərəfindən saxlanılıb. Polisin məlumatına görə, Aninikyan öz qohumları- Seyran Xoşbekanyan, Varazdat Martirosyan, Manveel Akopyan da daxil olmaqla 6 nəfəri oğlunun ölümündə günahlandırıb. İndiyə qədər qətldə adı hallanan 6 nəfərdən ancaq 3 nəfərinin şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, 2008-ci ildə Krista Aninikyana naməlum şəxslər hücum edərək döyüblər. Bundan sonra oğlunun ölümündə 6 nəfərdən şübhələnən ata killer tutaraq onların hər birinin ölümünə görə 300 min vəd edib. Ancaq vəziyyətdən şübhələnən şəxslərdən biri polisə xəbər verib və S.Ananikyan saxlanılıb.