Vəkil ümüdlidir

“İki gün sonra Əli İnsanov azadlıqda olacaq”

Noyabrın 15-də Ali Məhkəmədə Əli İnsanovla bağlı Avropa Məhkəməsinin qərarına baxılacaq. İclasın nəticəsi olaraq Əli İnsanovun azadlığa buraxılması istisna edilmir. Keçmiş səhiyyə nazirinin vəkili Toğrul Babayevin AzNews.az-a verdiyi məlumata görə, Əli İnsanov özü pleniumun iclasında iştirak etməyəcək və iclas mətbuat nümayəndələri üçün qapalı olacaq: "Əvvəl də belə düşünürdük, indi də belə düşünürük ki, Əli İnsanov azadlığa buraxılacaq. Başqa cür ola bilməz. İki gündən sonra sabiq nazir azadlıqda olacaq”.