Müdafiə Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib. Zakir Həsənovun sərəncamı ilə nazirliyin Kəşfiyyat İdarəsinin rəisi general-mayor Rəhim Cəfərov tutduğu vəzifədən uzaqlaşdırılıb və o sərəncama göndərilib. R. Cəfərov bu vəzifədə 2004-cü ildən xidmət edib. O, ötən il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "İgidliyə görə" medalı təltif edilmişdi. Qeyd edək ki, ondan əvvəl isə bu idarəyə general-leytenant Talıb Məmmədov rəhbərlik edib.