"Bu silahla düşmən PUA-sını rahatlıqla zərərsizləşdirəcəyik"




"Pilotsuz uçan aparatların vurulması üçün alınan silah ən müasir silahlardan biridir”.
 
Bunu Sherg.az-a Azərbaycanın Türkiyədən aldığı pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan silahın istifadəsindən danışarkən hərbi ekspert Üzeyir Cəfərov deyib. 

O bildirib ki, pilotsuz uçan aparatların həmin silahdan yayınmaq şansı sıfıra bərabərdir:

"Bu həmin tip avadanlıqların sıradan çıxarılması üçün nəzərdə tutulan silahdır. İndiyə qədər onsuzda Azərbaycan silahlı qüvvələri onsuzda ermənilərin oyuncaq tipli pilotsuz uçan aparatlarını məhv etməyə qadir idilər. Əslində həmin pilotsuz uçan aparatlar digər ölkələrdə kənd təsərrüfatı sahələrinə və ya yollara nəzarət etmək üçün istifadə olunur. Onsuz da Azərbaycan bu gün o silahları Ermənistana qarşı istifadə etmək üçün alır. Çünki bizim Dağlıq Qarabağ problemindən başqa istifadə edəcəyimiz ünvan da yoxdur. 

Hazırda bu silahlardan istifadə nəticəsində düşməni rahatlıqla zərərsizləşdirə biləcəyik. İndiyə qədər onsuzda həmin qurğular hədəfimizdən yayına bilmirdi. İndi isə daha rahat, güc sərf etmədən pilotsuz uçan aparatları zərərsizləşdirə biləcəyik. Qardaş Türkiyədən böyük jest də edilib ki, silah ilk olaraq Azərbaycana verilib. Prinsip etibarilə Türkiyənin öz ordusu üçün də bu silahlar nəzərdə tutulub ancaq bu gün Azərbaycanın daha çox ehtiyacı var. Çünki Azərbaycan düşmənin təxribatlarına daim məruz qalır və ermənilər həmin pilotsuz uçan aparatlardan daim istifadə edirlər. Yeni silah ermənilərin bütün bu cəhdlərini sıfıra endirəcək. Bu silahları tək öz əhatəmizdə deyil, həm də ermənilərin öz ərazisində də rahat şəkildə istifadə edə bilərik”.

Qeyd edək ki, Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan silah alıb. Pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan bu silah hazırda Türkiyədə polis və ordu tərəfindən terrorla mübarizədə aktiv istifadə edilir.

Aysel Aslan