"Mənzillərin ucuzlaşması dayanıb" - Bazarda aktivlik




"Mənzil bazarında hazırda stabillikdir, qiymət azalması dayanıb”.

Bunu Sherg.az-a mənzil bazarında hazırkı vəziyyətlə bağlı danışarkən əmlak məsələləri üzrə tanınmış ekspert Ramil Osmanlı deyib. 

Onun sözlərinə görə, ipoteka kreditlərinin bərpası müəyyən mənada mənzil bazarında aktivlik yarada bilib:

"Bu aktivliyin yaranması ilə qiymət azalmasının qarşısı alındı. Hələlik qiymət dinamikası barədə ən azından aprel ayının sonlarına qədər danışmaq tezdir. Apreldən sonra qiymətlərin azalması və ya artması barədə fikir söyləmək olar. O vaxta qədər dəyişiklik gözlənilmir”.

Ayyət Əhməd