Avropa İttifaqının Bakı nümayəndəliyi sayğı göstərdi

Malena Mard Azərbaycanın milli geyimində fotolar çəkdirib


Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin kollektivi İlaxır Çərşənbəni qeyd edir.
lent.az xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Malena Mard Azərbaycanın milli geyimində fotolar çəkdirib.
Onun Azərbaycan milli adət-ənənələrinə verdiyi dəyər və hörmət dərin sayğıya layiqdir.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəsmi Facebook səhifəsində paylaşılan həmin fotoları təqdim edirik.