Əsgər hərbçi yoldaşını güllələyib

Hadisə nəticəsində yaralanan 19 yaşlı əsgər Natiq Əsədov hospitala yerləşdirilib



Azərbaycan Ordusunda daha bir silahlı insident qeydə alınıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə hadisə cəbhə bölgəsində yerləşən "N”saylı hərbi hissədə baş verib.

Hadisə ordumuzun 19 yaşlı əsgəri, Elman Süleymanovun tabeliyində olan avtomat silahdan istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Nəticədə E. Süleymanovun əsgər yoldaşı, 19 yaşlı Natiq Əsədova güllə dəyib. N Əsədov hospitala yerləşdirilib.