Referenduma saylı günlər qala Kılıçdaroğlu bozqurd işarəsi göstərdi




CHP lideri Kamal Kılıçdaroğlu, 16 aprel referendumu öncəsi Kayseridə vətəndaşlarla bir araya gəlib. Kılıçdaroğlu burada avtobusa mindiyi zaman ona bozqurd işarəsi edən bir vətəndaşa, elə bozqurd işarəsiylə cavab verib. O anlar Habertürk TV kameralarına əks olunub.
Sherg.az türk mediasına istinadən bildirir ki, CHP lideri Kılıçdaroğlu daha əvvəl də 2014-cü ildəki yerli seçkilərlə görüşündə Ankarada yenə seçki avtobusundan bozqurd işarəsi edərək vətəndaşları salamlamışdı.

Baş nazir bunu etmişdi

Baş nazir Binalı Yıldırım da TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİdə təşkil edilən AKP-nin qrup yığıncağı zamanı ziyarətə gələn MHP-li qonaqlara Bozqurd salamı ilə cavab vermişdi.