At dişlədi: Qopan barmağı qarnına tikildi - Fotolar

Anası ilə kəndə gedən 1 yaşlı uşaq atları bəsləmək istəyərkən valideyninin səhvi üzündən barmağından oldu. Bir yaşındakı adı bildirilməyən uşaq fermada dəhşət yaşadı. 41 yaşlı ana təhlükəsizlik qaydalarını pozarkən at uşağın barmağını apardı.Tayvanda baş verən hadisədə ana Liu Ching-wen, qadağan olmasına baxmayaraq oğulunu tövləyə apardı. "Daily Mail"in xəbərinə görə, böyük bir at uşağın əlindən samanları yeyərkən işarət barmağının yarısını dişləyərək qopardı.
Bir anda şoka düşən Liu, qopan barmağı da götürüb uşağı təcili yardımla xəstəxanasına çatdırdı. 3 saat davam edən əməliyyatdan sonra həkimlər barmağın dərhal tikilməsinə qərar vermədi. Çünki at tərəfindən tapdalanan barmaqda zərərli bakteriyalar ola bilərdi. Belə bir riski almaq istəməyən həkimlər barmağı qarnına tikdi. Barmağının qalan hissəsi qarnının dərisi ilə sarıldı. Qopan hissə isə dezinfeksiya edildi. Həkimlər, uşağın barmağının keçmiş halına dönəcəyindən əmindir.