Rus təyyarələri kimyəvi bomba atdı: Ölənlərin çoxu uşaqlardır

Suriyanın qərbindəki şəhərə aid Xan Seyhun qəsəbəsinə rus təyyarələri kimyəvi bomba atdı. Həyatını itirən 100-dən çox vətəndaş arasında uşaqlar da var. Hücumdan təsirlənən 500-dən çox qəsəbə sakini boğulma təhlükəsi keçirib. Bəzi qurbanların ağızlarından köpük gəldi.
Paytaxt Şam yaxınlığındakı bir başqa hava hücumunda isə 22 can itkisi var. Axşam reallaşan hücumda ölənlər gecə saatlarında torpağa verilib. Ölənlər arasında qadın və uşaqlar da var. Cəsədlər tanınmaz halda idi.
Suriyanın Türkiyə sərhədində də hərəkətlilik var. Anadolu agentliyi, xlor qazlı hücumun ardından çox sayda təcili yardımın Cilvegözü sərhəd qapısında gözlədiyini qeyd edib. Sərhəddə gözləyən sağlamlıq qruplarının xüsusi paltarlar geyindiyi göründü.
Agentlik, bir az  əvvəl verdiyi xəbərdə 30 təcili yardımın Hataydan müxaliflərin nəzarətindəki şəhərə getdiyini bildirmişdi. Yardım tələbi müxaliflərdən gəldi.