“WhatsApp” ödəniş vasitəsinə çevrilə bilər




"Facebook”a məxsus populyar "WhatsApp” messenceri vasitəsilə rəqəmsal ödənişlər həyata keçirmək mümkün olacaq.

İKT.lent.az-ın "Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, "Facebook”un növbəti 6 ay ərzində müvafiq sınaqlar həyata keçirəcəyi gözlənilir.

Yeni imkan ilk növbədə Hindistandan olan "WhatsApp” istifadəçilərinə yönələcək. Məlum olduğu kimi, "Facebook” bu Asiya ölkəsini ən dinamik və perspektivli bazarlardan biri qismində görür.

"WhatsApp”ın həmtəsisçisi Brayan Ekton bildirib ki, layihənin həyata keçirilməsi üçün Hindistan hökuməti ilə danışıqlar aparılıb. "Facebook”un layihənin coğrafiyasını Hindistan hüdudlarından kənara çıxaracağı, yoxsa layihənin bu ölkə üçün eksklüziv olacağı hələlik dəqiqləşməyib.