"Aprel döyüşləri xalqımızda böyük ruh yüksəkliyi yaratdı"




"Aprel döyüşləri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı”.

BunuSherg.az-a aprel döyüşlərinin ildönümü ilə əlaqədar danışarkən millət vəkili Adil Əliyev deyib. 

Onun sözlərinə görə, aprel döyüşləri Azərbaycan xalqı üçün ümid və sevinc doğuran hadisə oldu:

"Azərbaycan əsrlər boyu itirə-itirə, uduza-uduza gəldiyi halda, son illərdə prezident İlham Əliyevin ali baş komandanlığı ilə belə qələbə qazanmağımız həm daxildə, həm də ölkəmizin hüdudlarından kənarda, bütün dünyada Azərbaycanın hərbi potensialını nümayiş etdirdi. Hesab edirəm ki, aprel hadisələri Azərbaycan üçün çox önəmli oldu. Azərbaycanın əldə etdiyi uğuru, gücü nümayiş etdirdi və bununla qələbə qazandıq. Gənclərimizdə və xalqımızda böyük ruh yüksəkliyi yaratdı”.

Ayyət