Tibbi Bərpa İnstitutu təmirə dayandı

İnstitut 2 ilə yaxın fəaliyyət göstərməyəcək



Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu (keçmiş Kirov adına xəstəxana) fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

İnstitut 2 ilə yaxın fəaliyyət göstərməyəcək. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Lent. az-a bildirib ki, institutun ciddi təmirə ehtiyacı var idi: "Ona görə də həmin müəssisə fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Anacaq həmin institutda təmir işlərinin nə vaxt yekunlaşacağını dəqiq deyə bilmərəm”.

A.Qədirli onu da bildirib ki, həmin tibbi müəssisədə çalışan həkimlər maaşları verilməklə, evə buraxılacaqlar.