Azad İsazadə: “Selfie”nin insan orqanizminə heç bir mənfi, psixoloji təsiri yoxdur”
“Selfie” çəkdirmək bir xəstəlik deyil, amma...
Əhməd Qəşəmoğlu: “Ən böyük təzlükəsi odur ki, bu zaman insanlar özünü və ətrafı unudur, nəticədə həyatından olur”
Azad İsazadə: “Selfie”nin insan orqanizminə heç bir mənfi, psixoloji təsiri yoxdur”
Azad İsazadə: “Selfie”nin insan orqanizminə heç bir mənfi, psixoloji təsiri yoxdur”
Sabunçu rayonu ərazisindən keçən dəmir yolu xəttində gənc qızın hərəkəti criminal.az saytının kamerasına düşüb. Bakıxanov qəsəbəsində dəmir yolu reysinin yaxınlığında oturan gənc qız qatar gələn zaman reysin üzərinə çıxaraq selfie çəkməyə başlayıb. Qatar onun bir neçə metrliyinə kimi yaxınlaşıb siqnal versə də, qız buna əhəmiyyət verməyərək selfi çəkməkdə davam edib. Sonra isə reysdən çıxaraq kənarda oturub.
Maşinist isə qıza yaxınlaşanda qatarı saxlayıb və başını elektrovozun pəncərəsindən çıxardaraq qızla söhbət etməyə başlayıb. Qız isə başını aşağı salaraq ona əhəmiyyət verməyib. Bir neçə saniyəlik söhbətdən sonra qatar yoluna davam edib.
Qeyd edək ki, xarici ölkələrdə təhlükəli ərazilərə, yüksəkliklərə çıxıb, selfie çəkdirən gənclərin sosial şəbəkələrdə "əl işləri”ni tez-tez yaydıqlarını görürük. İndi Azərbaycanda da belə təhlükəli yerlərdə şəkillər çəkərək müzakirə obyektinə çevrilən gənclərin sayı artıb. Görünür, artıq gənclərin bu adrenalin sevgisi ölkəmizə də ayaq açıb. Bəs görəsən, ekspertlər necə düşünür? Bir "layk”a görə ölməyə dəyərmi?
İndiki gənclərin valideynlərinə qarşı sayğılı olmadıqlarını vurğulayan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, bu da nəticə etibarı ilə valideynlərin uşaqların təhlükəsizliyinə lazımi səviyyədə nəzarət edə bilməməsi ilə nəticələnir:
"Uşaqlar da zərərli vərdişlərə meyl göstərib, öz bildikləri yolla gedirlər. "Selfie xəstəliyi” də müasir dövrün aktual problemlərindən birinə çevrilib. Gənclər harda gəldi kameralarını yandırıb, özlərinin şəkillərini çəkirlər. Şəhərdə gəzən, yolu keçən, dağa çıxan, pəncərədən baxanlar və s. Daha çox özgüvəni olmayan, hansısa adrenalin vasitələrilə özünü göstərməyə çalışan gənclər isə təhlükəli selfie etməyə meyilli olurlar ki, "Baxın, mən bunu bacarıram”.
Sosioloqun sözlərinə görə, ətrafındakı insanlarda özləri haqqında istədikləri fikri formalaşdıra, ailə üzvləri ilə yaxın ünsiyyət qura bilməyən, həyatında müəyyən məsələləri ürəyincə olmayan insanlar bu addımı atmaqla ətrafdakıların diqqətini özlərinə çəkərək nəyə isə nail olduqlarını düşünürlər. Şəkil çəkdirmək heç də pis hal deyil. Əslində, bir insanın şəkil çəkdirmək kimi bir hobbisi ola bilər. "Selfie”nin ən böyük təhlükəsi budur ki, bu zaman insanlar özünü və ətrafı unudur. Nəticədə isə həyatından olur. Biz bu cür həyat tərzinin yanlış olduğunu insanlara aşılamalıyıq. Ona görə həm valideynlərə, həm də uşaqlara məktəblərdə, ictimai yerlərdə maarifləndirici məlumatlar verməklə belə mənfi halların yayılmasının qarşısını almaq lazımdır”.
Psixoloq Azad İsazadə üçün isə "selfie” müasir dövrdə tələb olunan texnikanın imkanlarıdır:
"Yeni texnologiyalar ilə insanların özlərini çəkməsi və hər anlarını ölümsüzləşdirməsi mümkün olduğu üçün bundan geniş şəkildə yararlanırlar. Özünü və ya özünə aid nələrisə çəkib, ətrafındakı insanlarla paylaşmağın insana xas xüsusiyyət olduğunu vurğulayan psixoloqun sözlərinə görə, fotoaparatlar olmadığı dövrlərdə insanlar boya və qələmlə bu istəklərini reallaşdırıblar. Lap qədim zamanlarda isə qayaların üstündə təsvirlər çəkiblər. Bu da normal bir haldır. Düşünmürəm ki, "selfie” bir xəstəlik və ya zərərli vərdişdir. Sadəcə olaraq, yeni olduğu üçün kütləvi hal alıb və geniş yayılıb. Fotoaparatlar və ya ön kamerası olmayan telefonlarla "selfie” çətin olduğu üçün həmin dövrlərdə belə bir vərdiş yox idi”.
A.İsazadənin sözlərinə görə, "selfie”nin insan orqanizminə heç bir mənfi, psixoloji təsiri yoxdur. "Selfie”yə həddindən artıq önəm verən insanlar üçün bu, xəstəlik yox, sadəcə olaraq vaxt iktisidir:
"Özünü sevən, özünə həddindən artıq dəyər verən insanlar "selfie”siz də diqqət cəlb etməyi bacarırlar. Ön kamera olmasa da, onlar özünü kiməsə çəkdirməklə kolleksiya toplayırlar. Bu, tibbi-psixoloji problem yox, sosial vərdişdir. Onu da deyim ki, dünyada şəkil çəkdirməyi ən çox sevən xalq yaponlardır. Tanınmış turist olan yaponlar həddindən artıq şəkil həvəskarlarıdır. Heç bir yapon turisti ekskursiya, hansısa bir ölkənin tarixi abidəsi haqqında məlumatlar maraqlandırmır. Onlar üçün gəzdikləri yerdə şəkil çəkdirmək daha vacibdir. Təbii ki, bu, onların milli xüsusiyyəti olduğu üçün onların xəstəliyi kimi təqdim edə bilmərik. Eləcə də, "selfie” həvəskarı olan insanlara "xəstə” kimi baxmamalıyıq”.
Şəymən