3 bacı ümidlə qaçdı...

Ancaq qardaşlarının cəsədiylə qarşılaşdılar...
Adanada sərinləmək üçün su kanalına girən Suriyalı bir gənc boğuldu. 3 bacı, qardaşları sudan çıxardılarkən ümidlə qaçdı, ancaq onun cansız bədəniylə qarşılaşdılar. Onların ağı deməsi hər kəsi ağlatdı.
Əldə edilən məlumata görə, hadisə, Seyhan qəsəbəsində baş verib. Suriya müharibəsindən qaçaraq 2 il əvvəl Adanaya gələn İlhan ailəsinin 19 yaşlı uşaqları Əli İlhan bu gün  tarlada işlədikdən sonra sərinləmək üçün su kanalına girdi. Bir müddət üzən İlhan daha sonra boğulma təhlükəsi ilə üz-üzə qaldı. Suda çırpınan Əli İlhanı qurtarmaq üçün ətrafdakı vətəndaşlar suya atıldı, ancaq gənc axıntıya qarışaraq itdi.
Vətəndaşların vəziyyəti polisə bildirməsi ilə hadisə yerinə gələn dalğıclar su kanalına girərək Əli İlhanı axtarmağa başladı. İlhanın bacıları Kövsər, Səma Nur və Hira da hadisə yerinə gəldi.
Gənc qızlar qardaşlarının sağ-salamat çıxardılması üçün ümidlə gözləməyə başladı. Dalğıclar 1 saat  axtarışdan sonra İlhanı suya girdiyi yerin təxminən 4 kilometr uzaqlığında tapıb kanaldan çıxardı. Bu zaman İlhanın bacıları onun tapıldığını görüncə ümidlə ona doğru qaçdı. Ancaq hadisə yerinə gəldikləri zaman qardaşlarının cansız bədəninə gördülər, "Əli" deyə qışqırıb gözyaşlarına boğuldular. Gənc qızların fəruadı orada olan hər kəsi ağlatdı.
Gənc qızlar İlhanı son dəfə olsun görmək istədi, ancaq polislər icazə vermədi. Əli İlhanın cansız bədəni təcili yardım maşını ilə meyitxanaya aparıldı.