3 gün, 3 gecə kef...

10 milyon avroluq hind toyu Antaliyada oldu
Dünyanın sayılan zənginlərindən olan hindli Gupta ailəsinin oğulu Kamal Gupta ilə məşhur bir hindli işadamının bacısı olan Palakın toyu üçün Antaliyada bir otel tamamilə bağlandı.
Ənənəvi mərasimləri ilə 3 gün, 3 gecə davam edəcək möhtəşəm toyun xərcinin 10 milyon avronu keçəcəyi ifadə edilir. 23 apreldə başlayan və 26 aprelə qədər davam edəcək möhtəşəm toyda aralarında ütü ustası, dərzi, bərbər, döymə sənətçiləri və xüsusi işçilərin olduğu ailəyə bağlı cəmi 385 adam vəzifə yerinə yetirir. Ayrıca təşkilati işləri görəcək şirkətlər və otel personalıyla birlikdə toy üçün vəzifə yerinə yetirənlərin sayı 600-ü keçir. Kamal Gupta və Palakın dünən reallaşdırılan üzük mərasimində, cütlüyün üzüyü paraşütlə endirildi. Gənc cütlüyün adlarının yazılı olduğu pankartın da bağlı olduğu yamac paraşütü, səmada bir müddət dövr etdikdən sonra üzük mərasiminin təşkil edildiyi sahəyə endi. Üzük mərasiminin gerçəkləşdiyi çimərlikdə hazırlıqların bir həftə davam etdiyi qeyd edildi. Dünən axşam isə ənənələrinə görə ən əhəmiyyətli mərasimlərdən biri sayılan Barat mərasimi, otelin 2 kənar qapısı arasında olub. Təxminən 1.5 saat davam edən və türklərdəki gəlin gətirmək ənənəsinə bənzəyən Barat mərasimində rəqs nümayişləri də reallaşdırıldı. Avropanın ən böyük hovuzu ünvanına sahib 16 min kvadrat metrlik, içində Qız Qülləsi də olan otel hovuzunun üzəri platforma ilə bağlanılaraq, toy üçün səhnə quruldu. İlk iki günü ənənəvi mərasimlərlə davam edən toyun qala gecəsi dünən axşam olub. Platforma ilə üzəri bağlanılan hovuz hissəsində, dünyanın məşhur 100 Bollywood müğənnisi səhnəyə çıxıb. Toyun ən son gecəsində, hər kəsin izləyə biləcəyi möhtəşəm bir hava fişəngi nümayişi olunacaq. Gecədə minlərlə hava fişəng atılacaq.