3-ü qızıl: Yığmamız ümumilikdə 7 medal qazanıb






Bakı-2015 I Avropa Oyunlarının II günündə 17 ölkə təmsilçiləri medal qazanıb. Apasport.az saytının məlumatına görə, 13 dəst medalın sahibini tapdığı gündə Azərbaycan millisi hamıdan çox mükafat qazanıb.
Yığmamız ümumilikdə 7 medal qazanıb. Mükafatlarından 3-ü qızıl olan millimiz qeyri-rəsmi komanda hesabında 2-ci pillədə qərarlaşıb.
Bu siyahıya isə İsveçrə başçılıq edir. Azərbaycan və İsveçrə kimi, 3 çempionluq sevinci yaşayan Rusiya 3-cü pillədədi.
Qeyd edək ki, yalnız 5 ölkə təmsilçiləri qızıl medal qazanıb.