"Xaricdən Azərbaycana qarşı səsləndirilən təhqirlərlə bağlı Milli Məclisdə də çıxış etdim və bildirdim ki, bu halın aradan qalxmasına qarşı tədbirlər görülməlidi, çünki axırı yaxşı görünmür”.
Bu barədə "Sherg.az”a millət vəkili Aqil Abbas bildirib.
O vurğulayıb ki, bu qarayaxmaları sosial şəbəkələrdə paylaşıb, onu səsləndirənləri qınayırlar:
"Bununla bağlı xeyli müddət əvvəl "Ədalət" qəzetində yazı yazmışdım. Yazımda qeyd etdim ki, həmin təhqiri paylaşanlar da təhqir edənlər qədər günahkardır. Bunu paylaşmaq, yaymaq olmaz.
Sonuncu dərc olunan yazımda isə səfirliklərə müraciət ünvanladım ki, biz Amerikanın, Rusiyanın, Fransanın və s. əleyhinə təhqiramiz deyil, ağır tənqid yazsaq, ölkəmizdəki səfirliklər "bağrımızı yarar”. Belə hadisələr olub. Ona görə, xaricdəki səfirliklərimiz Azərbaycana qarşı səsləndirilən təhqirlərə qarşı ölçülər götürməlidir. O azərbaycanlıların bizə qarşı təhqirlərinə görə, yaşadıqları ölkələrin qanunvericiliyinə uyğun addımlar atılmalıdır. Dünyanın heç yerində bu cür təhqirlərin asan şəkildə səsləndirilməsi cəzasız qalmayıb. Məsələn, Fransada qondarma erməni soyqırımının yalan olduğunu desələr, pulla cərimə tətbiq olunur, 3-4 il həbs cəzası verilir. Halbuki, həmin şəxslər xaricdə oturub, Azərbaycanı təhqir edirlər, heç bir tədbir də görülmür”.
Deputat onu da vurğulayıb ki, sosial şəbəkələrdə Azərbaycana qarşı təhqirlər səsləndirən gəncləri ölkə ictimaiyyətində tanınmayan, xalq üçün xoş olmayan şəxslərdir:
"Onların ictimaiyyətdə yeri yoxdur. 30 ildir ki, Azərbaycanda olmayanlar ölkəmiz haqqında nə danışa bilər? O şəxslər həddindən artıq acizdirlər, ona görə, belə üsullara əl atırlar.
Ola bilsin o şəxslər xaricdən maliyyələşir. O hal da mümükündür ki, onları Azərbaycanın daxilində dəstəkləyənlər, həmin adamlara maliyyə və informasiya göndərənlər də olsun. Hüquq-mühafizə orqanları həmin dəstəkçi şəxsləri tapmalıdır.
Əvvəl millət vəkili Siyavuş Novruzov bununla bağlı müraciət imzaladı və ona qarşı kampaniyaya başladılar. Daha sonra isə, Azərbaycan Prezidentinin köməkçisi hörmətli Əli Həsənov sosial şəbəkədə ciddi paylaşım etdi.
Onun bu addımı çox cəsarətli oldu və bu addım atəşin üzərinə yürümək deməkdir. Əli Həsənov mətbuatın dostudur, ideoloji sahədə çalışır. Onu kənarlaşdırmaq Azərbaycan mətbuatına zərbə vurmaq deməkdir. Bu baxımdan Ə.Həsənovu təkləməyə çalışdılar. Amma istəklərinə nail ola bilmədilər, bilməyəcəklər də. Seçki öncəsi ölkədə zərərli fikir formalaşdırmaq cəhdi baş tutmaz. Biz ərəb deyilik. Bu, Azərbaycanda mümkün deyil. Bu xalq bir-birinə sıx bağlıdır, bütövdür”.
Qeyd edək ki, Avropanın bir sıra ölkələrində, Almaniya, Hollandiya,Fransa, İsveçrə və s.də vətəndaşlıq alaraq yaşayan soydaşlarımız Azərbaycanda 11 apreldə baş tutacaq Prezident seçkiləri öncəsi "aktivləşməyə" başlayıblar. Belə ki onlar ölkəmizdəki həssas və ya kövrək məqamdan sui - istifadə edərək Avropa ölkələrindən Azərbaycana və bu ölkə rəhbəri İlham Əliyevə qarşı iyrənc anti- təbliğata start veriblər. Ölkə başçısını "despot" adlandıran bu "aktivlər" Azərbaycan Prezidenti barədə həqqəti əks etdirməyən, arzuolunmaz məlumat yaymaq və şüarlar səsləndirməklə məşğuldurlar.
Ayyət Əhməd