Bakı-Tiflis-Qars dəmiryoluna ilk qatarlarının çıxarılacağı vaxt açıqlandı

Ziya Məmmədov Üçüncü Xəzər İqtisadi Forumunda çıxışı zamanı bu məsələyə toxunub

Nəqliyyat naziri Ziya Məmmədov Üçüncü Xəzər İqtisadi Forumunda çıxış edib. ANS PRESS-in məlumatına görə, nazir çıxışında Bakı-Tiflis-Qars dəmiryolu xəttinin tarixi İpək yolunun bərpasında önəmli rol oynadığını söyləyib.Digər mühüm layihə olan Bakı Beynəlxalq Dəniz və Ticarət Limanın tikintisindən danışan Ziya Məmmədov Dağlıq Qarabağ probleminə də toxunub. Belə ki, o Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini zəbt etdiyini, 1 milyon insanın qaçqın düşdüyünü və bu halın bölgədə həyata keçirilən layihələrə mənfi təsir göstərdiyini qeyd edib. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı da Ermənistanın işğalçı rejimini davam etdirdiyi müddətdə özünü regional layihələrdən uzaqlaşdırdığını və bütün bunların Ermənistanın iqtisadiyyatına mənfi təsir göstərdiyini vurğulayıb.Oktyabrın 29-da açılan Marmaray xətti kimi BTQ də Xəzərin qərbi ilə şərqini birləşdirən tarixi layihədir və İpək yolunun bərpasında mühüm rol oynayacaq. BTQ demir yol Xəttin tikinti işlərinin uğurla davam etdirildiyini xatırladan Ziya Məmmədov 2014-cü ilin sonunda ilk sınaq qatarının xəttə çıxarılacağını bildirib.