Dırnaqların soyulmasına səbəb olan bir çox amil var.
Sherg.az xəbər verir ki, dırnaqların soyulmasının səbəbləri stressdən pis diyetə, tiroid problemlərindən əlləri suyun altında uzun müddət saxlamağa qədər gedib çıxır.
Dırnaqlar niyə soyulur?
Dırnaqların soyulmasına səbəb olan bir çox amil var. Bu problemlə bağlı həkim məsləhətindən əlavə evdə dırnaqlarınızı müalicə etməyin asan yollarını da öyrənə bilərsiniz.
İlk öncə dırnaqlarınızın soyulma səbəblərini öyrənməyiniz vacibdir.
Əgər dırnaqlarınızın soyulma səbəbi qidalanma tərzinizdirsə, kifayət qədər kalsium almırsınız deməkdir. Kalsium qəbulunu təmin etmək üçün süd, qatıq, pendir kimi süd məhsulları və ayrıca ispanaq, pazı və digər yaşıl yarpaqlı tərəvəzləri qəbul etməlisiniz. Soda, tünd çay, qəhvə istifadəsindən yayının. Bunlar kalsiumun bədənə yayılmasına mane olar. Bundan əlavə, A, B və D vitamini və ya kalsium dəstəyi ala bilərsiniz.
Dırnaq soyulmasının səbəbi az maye qəbul etməkdirsə, meyvə və meyvə suları, həmçinin soyulmanın çoxalmasını önləmək üçün pomidor kimi tərəvəzlər çox istifadə edə bilərsiniz. Gündə bir dəfə dırnaqlarınıza nəmləndirici krem çəkməyi də unutmayın. Mümkünsə, bunu yatmazdan əvvəl və su ilə uzun müddət təmasda olduqdan sonra edin. Bunu dırnaqlarını yeyənlər də mütləq etməlidir.
Estetik üçün edilən bəzi prosedurlar dırnaqların sağlamlığına zərər verə bilər. Məsələn, süni dırnaq taxmaq, aşağı keyfiyyətli laklar çəkmək, dırnaqları qurutmaq, lakları sərt kimyəvi maddələrlə təmizləmək (aseton) ya da lak yeniləmək üçün bir-iki gün ara verməyib dırnaqların nəfəs almasına icazə verməmək dırnaqları gücdən salır.
Dırnaqların soyulmasının digər səbəbi dezinfeksiyaedici və təmizlik vasitəsi kimi kimyəviləri əlcəksiz istifadə etməkdir. Bunlardan hər zaman qaçmalısınız, çünki yuyucu tozlar, sabunlar və digər məhsullar dərini sürtərlər və dırnaqların soyulmasına səbəb olurlar. Tiroid problemləri də dırnaq sağlamlığına təsir edər. Probleminiz tiroidlə əlaqədardırsa, xəstəliyinizimüalicəsi üçün endokrinologiya mütəxəssisinə müraciət etməlisiniz.
Son olaraq, dırnaqlarınızın soyulması stress ya da yuxusuzluqla əlaqədar ola bilər. Bu iki problem işlə əlaqədar problemlərinizi iş bitdikdə yaddan çıxarmağınızla həll edilə bilər. Ətrafınızdakı insanlarla mübahisələrinizdə müsbət bir yan tapmağa çalışın, maddi problemləri necə həll edə biləcəyinizi düşünün. Daha yaxşı yatmaq üçün bədəni və ağlı rahatlayan bitkilər, bitki çayları istifadə edə bilərsiniz.
Dırnaq soyulmasının qarşısını almaq üçün təkliflər
• Aşağı keyfiyyətli və ya ucuz lakları istifadə çünki dırnaqları zəiflədən kimyəvi maddələr ola bilər.
• Dırnaqların soyulmasını önləyən laklar istifadə edin. Bu problemi yaxşılaşdırmaq üçün məhsulları olan bir çox kosmetik firması var və bu məhsullar "terapatik" seriyası altında sadalanır.
• Həftədə üç dəfə dırnaq sərtləşdirici tətbiq edin.
• Dırnaqlarınızın dərisini kəsməkdən ya da qoparmaqdan qaçın, beləcə dırnaqlarınıza daha çox zərər verməmiş olarsınız.
• Həftədə iki dəfə dırnaqlarınızı içində su və alma sirkəsi olan bir qabda üç dəqiqə gözlədin.
• Xüsusi bir dırnaq qayçısı ilə korlanmış dırnaq laylarını yavaşca təmizləyin. Bu dırnaqlarınızı nisbətən təmizləyəcək. Dırnaqlarınızı incəldəcəyi üçün bunu çox tez etməyini tövsiyə etmirik.
• Bir pambığı zeytun yağı ilə isladın və dırnaqlarınıza bununla masaj edin. Bu, dırnaqlarınızı həm nəmləndirəcək həm də soyulmuş dəri olan bölgələri düzəldəcək.
Aysel Aslan