Bu gün Ukraynada "xalq yığınacağı" olacaq

Bütün gecə Maydandakı avrointeqrasiya tərəfdarlarının qarşısında müğənni Ruslana, yazıçılar, deputatlar çıxış edib





Ukraynanın paytaxtı Kiyevdə noyabrın 21-dən başlayan aksiyalar davam edir. ANS PRESS-in "RİA Novosti"tə istinadla verdiyi məlumata görə, 500-dən çox etirazçı səhəri maydanda qarşılayıb.
Bütün gecə avrointeqrasiya tərəfdarlarının qarşısında müğənni Ruslana, yazıçılar, deputatlar çıxış edib. Volantyorlar isti çay və yemək paylayıblar.
Bu gün yerli vaxtla saat 12:00-da Maydanda böyük xalq yığınacağı planlaşdırılıb. Onlar Nikolay Azarovun rəhbərliyi ilə hökumətin istefasını, aksiyalar zamanı saxlanılanların azad edilməsini, vaxtından öncə parlament və prezident seçkisinin keçirilməsini tələb edəcəklər.