31 Mart soyqırımı qurbanları İzmirdə anıldı
13:37 04.04.2017
Arxiv
357
1918-ci il 31 mart tarxində erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın il dönümü ilə bağlı Türkiyənin İzmir şəhərində anım tədbiri və konfrans təşkil olunub.
Sherg.az xəbər verir ki, tədbir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti tərəfindən keçirilib. Mərasim soyqırımda həyatlarını itirənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Cəmiyyətin sədr müavini Cavid Əliyev tədbirdə iştirak edənlərə təşəkkür edərək, ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı dəfələrlə soyqırım törətdiyini, bu soyqırımları ən qanlı şəkildə yerinə yetirdiklərini billdirib
"Bunun ən bariz nümunəsi Quba soyqırım məzarlığında aşkar edilən insan sümüklərinin aşkar edilməsidir. Sümüklər üzərində olan zorakılıqlar və vəhşiliklər ermənilərin soyqırım siyasətinin bariz nümunəsidir. Bu tədbirləri təşkil etməkdə məqsəd xalqımıza qarşı edilən bu soyqırımların unutdumamaqdır”.
Yığıncaqdan sonra konfrans formatında davam edib. Konfransı Ege Üniversitetinin tarix ixtisasında magistratura təhsilini davam etdirən Odər Eləzadə verib.
O, video və şəkillərdən də istifadə edərək soyqırıma qədər olan mərhələləri və soyqırımda etmənilərin həyata keçirdikləri qətliam və vəhşilikləri xronolojik olaraq göstərib.
Konfrans sonunda tədbirdə iştirak edənlər çıxışçıya suallar ünvanlayıblar Eyni zamanda, bu günlə bağlı olaraq fikir və düşüncələrini bölüşüblər.
Tədbirdə siyasi partiyalar, qeyri-hökümət təşkilatlarının sədr və nümayəndələri, cəmiyyətin üzvləri, universitet müəllim və tələbələr iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya