31 yaşlı gəncin köməyinizə ehtiyacı var




31 yaşlı bu gəncin köməyinizə ehtiyacı var.
Sherg.az-ın metbuat.az-a istinadən məlumatına görə, İsa Şakir oğlu Ağayevin bir il öncə daxili orqanlarında şiş əmələ gəlib. Həkimlər bildiriblər ki, xəstəliyin İranda müalicəsi var. Bu səbəblə iki uşaq atası gənc əlində olan hər şeyi sataraq İrana üz tutub. İranda pulu yetdiyi qədər müalicə alıb. Həkimlər bildirib ki, 5-6 dəfə də müalicə alsa, sağalacaq. Lakin pulu olmadığından müalicəsini davam etdirə bilməyib.
Gəncin İranda müalicəsini davam etdirmək üçün ona 5-6 min AZN pul lazımdır. İsa Ağayev övladlarını atasız qoymamaq üçün imkanı olan şəxslərdən kömək istəyir.
Kömək etmək istəyənlər(+994) 55-390-00-94 nömrəsi ilə əlaqə saxlaya bilərlər.