Bakıda “bomj” qutuda yaşayır

Oxucu “Şərq”ə şəkil çəkib göndərdi

Şəkildə gördüyünüz qutudakı zibil deyil. Canlı insandır. Günün günorta çağı, şirin yuxuya getmiş, dünyanın dərd-qəmindən uzaq "BOMJ”-dur. Yəni yaşayış yeri olmayan adam. Rus dilində gözəl səslənir "BOMJ” - "bez opredelennoqo mesto jitelstva”. Bakının mərkəzində Azadlıq prospekti 35 ünvanında, təzə qəzet köşkünün yaxınlığında, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin 100 metrliyində ifunət iyi verən bu zibilxanada yatan insanı sanki heç kim görmür. Adi bir vətəndaş kimi qəlbim ağrıdı və bu şəkli reklam xatirinə deyil, aidiyyəti təşkilatlara bir mesaj kimi çəkdim. Bu cür insanlara bir sığınacaq tikib, kimsəsiz insanlara sahib çıxmaq, onları məcburi yararlı bir əməyə cəlb etmək arzusuyla bu şəkli sizlərə təqdim etdi Rauf İlyasoğlu. "Şərq” qəzetində çap olunmasını xahiş edirəm.