Yasamalda yanğın

Mənzillərdən 18 nəfər təhlükəsiz əraziyə təxliyə olunub



Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, binanın 5-ci mərtəbəsindən 12-ci mərtəbəsinə qədər 200 metrlik elektrik naqilləri yanıb. Yanğın zamanı mənzillərdən 18 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Elektrik naqillərinin qalan hissəsi binanın mansardı və mənzillər yanğından mühafizə olunub.