Xətaidə sakinlər yolu bağladı

Binalara qaz verilməməsi aksiyaya səbəb olub


Bakının Xətai rayonunda, metronun "Həzi Aslanov” stansiyasının yaxınlığında sakinlər etiraz aksiyası keçirib. Hadisə şahidlərinin AzNews.az-a verdiyi məlumata görə, aksiyaya səbəb bir sıra sosial problemlər, xüsusilə də yaşayış binalarına qaz verilməməsilə bağlıdır. Məlumata görə, sakinlər yolu bağlayaraq, rayon rəhbərliyi əleyhinə kəskin ifadələr işlədiblər. Onlar qısa vaxt ərzində binalara qaz verilmədiyi təqdirdə, daha geniş aksiyalar keçirəcəklərini bildiriblər.