"Arağa yuxu gətirən, aludəçilik yaradan maddələr qatılır" - İÇMƏYİN !




"Arağın içərisinə aludəçilik yaradan maddələr qatıla bilər”.

BunuSherg.az-a spirtli içkilərin tərkibi haqqında danışarkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. 

O bildirib ki, istehlakçılar tərəfindən araqların tərkibinə bədəni zəiflədən, insana yuxu gətirən, mənşəyini və mahiyyətini bilmədiyimiz zərərli maddələr qatıla bilər:

"Ölkədə bunu yoxlamaq və analiz etmək üçün heç bir tədbir görülmür. Ona görə də ölkə prezidentinin sərəncamı ilə gələn ildən yaradılacaq Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinə böyük ümidlər bəslənilir. Gözləyirik ki, həmin agentlik fəaliyyətə başlayandan sonra bu məsələlər müəyyənləşdiriləcək.

Hazırda nəzarət olmadığından biznes qurumları bundan sui-istifadə edir, şikayətlər isə üzərimizə yağış kimi yağır. Dövlət orqanları isə tam şəkildə biganəlik göstərir”.

Aysel Aslan