Əhməd Bəy Ağaoğlu anıldı

Qarabağ Azadlıq Təşkilatı (QAT) və "Şərq” qəzetinin təşəbbüsü ilə dövlət adamı, ictimai-siyasi xadim, ədib, yazar Əhməd Bəy Ağaoğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
"Şərq” qəzetinin baş redaktoru, araşdırmacı yazar, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, QAT sədri Akif Nağı, tədqiqatçı Rəsmiyyə Qarayeva və digərləri Əhməd Bəy Ağaoğlunun həyat və mübarizə yolu, tarixi yeri, ictimai-siyasi fikirləri ilə bağlı məlumat verib, sualları cavablandırıblar. 
Sonda Əhməd bəyin cəmiyyətdə daha çox tanıtdırılması, elmi və ədəbi irsinin öyrənilməsi ilə bağlı qərarlar qəbul olunub.