“Bu gün tarixi və mədəni şüurumuz yarımçıqdır”

Faiq Ələkbərli: “Sovet təhsili və tərbiyəsi almış ziyalılarla yeni nəslin türklüyə, müsəlmanlığa baxışı eyni deyil”


Müsahibimiz AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlidir (Qəzənfəroğlu). 

Suallarımıza geniş və ətraflı cavab verən filosof-alim milli məfkurə, türk dünyası, türkçülük, azərbaycançılıq və bir çox məsələlərlə bağlı maraqlı məqamları diqqətə çatdırıb.

- "Türk dünyası” dedikdə konkret nə, hansı coğrafi məkan nəzərdə tutulur?

- Türk dünyası dedikdə, ilk növbədə gözümüzün önünə 7 müstəqil Türk dövləti -Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyəti, muxtar və avtonom Türk respublikaları - Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, Yakutiya, Tuva, Uyğurustan, Kərkük və başqaları gəlir. Eyni zamanda digər türk elləri - Güney Azərbaycan, Krım, Borçalı və s. bura daxildir. Türk dünyası nə qədər coğrafi bir anlam daşısa da, onların hamısını bir arada tutan Turan idealıdır. Türk dünyası boş bir sözdən ibarət deyil. Turan sözü istər hərfi, istərsə də coğrafi anlamda yalnız və yalnız türklərlə bağlıdır. Bəzi Qərb müəllifləri yazırlar ki, Turan anlayışı milliyyəti, qövmiyyəti deyil, coğrafi ərazini ifadə edir. Turan anlayışı altında hələ qədim zamanlardan Ön Asiyadan Şimal Buzlu okeanına və Berinq boğazına qədər ərazilər nəzərdə tutulur. O zaman "İran”ın da "Turan” kimi milliyət deyil, coğrafi ərazi, vətən adı olması mülahizələrini irəli sürmək lazımdır. Bu məntiqdən çıxış etsək, "İrandilli xalqlar” anlayışı ya tamamilə mənasızdır, ya da əks təqdirdə "Turandilli, Turansoylu xalqlar” istilahı da eyni ciddiyyətlə gündəmə gətirilməlidir. Bu gün Turan dedikdə, türklərin yaşadığı bütün ölkələr başa düşülməlidir. Çünki tarixən digər adlarla yanaşı, turanlılar özlərini Turuk, Tur adlandırıblar. Buraya gəlmə olan Hind-Ari soylular da buna uyğun olaraq türklər yaşayan ərazilərə Turan/Turkan, yəni "Türklərin ölkəsi” deyiblər. Deməli, türk dünyası dedikdə, ona paralel olaraq Turan başa düşülür.

- Azərbaycanda türkçülük ideyasının yaranması hansı dövrə, hansı proseslərə təsadüf edir?

- Azərbaycan türkçülüyü ideyasının yaranmamsında 1910-cu illərdə dünyada və Qafqazda baş verən mühüm hadisələr, eyni zamanda milli özünüdərk, inqilabi ideyaların güclənməsi, çar Rusiyasının əsarəti altında olan müxtəlif xalqların azadlıq hərəkatı mühüm rol oynadı. Məhz bu tarixi olayların və milli azadlıq hərəkatlarının təsiri altında Azərbaymmcandakı türkçülər, liberallar, inqilabçılar vahid əqidə ətrafında birləşərək milli və müstəqil taktika yürütməyə başladılar. Bu dövrdəki hadisələrin gedişi isə ideya baxımdan milli liberalların və türkçülərin, taktika baxımınmdan isə milli-türk inqilabçıların düzgün yol tutduğunu təsdiq etdi. 

Milli aydınımız Məhəmməd Əmin Rəsulmzadə də bu məsələ ilə bağlı qeyd edirdi ki, əvvəllər türk ziyalıları rus inqilabçıları və rus liberalistləri arasında gedən mübarizədə dolayısıyla iştirak etsələr də, sonralar Azərbaycan türkçülüyü ideyasını irəli sürdülər. Şübhəsiz, Azərbaycan türkçülüyü ideyasının yaranmasında və inkişafında əsas təkanverici, katalizamtor rolunu milli aydınımız Əli bəy Hüseynzadənin türkçülük, islamçılıq və müasirlik prinsipləri əsas rol oynayıb. Bir sözlə, 1910-cu illərdə Azərbaycan türk mətbuatında milli motivlərin, o cümlədən türkçülüyün, Türk birliyi ideyasının önə keçməmsində Balkan savaşından sonra Türkiyədə və Azərbaycanda güclənməyə başlayan türkçülük cərəyanının güclü təsiri olub. Bu dövrün özünəməxsus xüsusiyyətlərindən biri, bəlkə də birincisi, milli sosial-demokratların, milli liberalların, milli islamçıların öncə "türkçülük”, daha sonra "Azərbaycan türkçülüyü” ətrafında toplanmaları, bu ideyaya rəğbət bəsləmələri olub. 

Azərbaycan türkçülüyü ideyasının yaranmasında Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Məhəmməd Hadi, Yusif Vəzir Çəmənmzəminli, Abbasqulu Kazımzadə, Üzeyir Hacıbəyli və başqaları mühüm rol oynayıblar. Ən önəmlisi odur ki, onlar özlərindən əvvəlki islamçılar, türkçülər və milli liberallardan fərqli olaraq, daha konkret və milli xətt seçərək Azərbaycan türkçülüyünü hədəfləyiblər. İdeyanın yaranmasında və formalaşmasında ən mühüm xidmətlər isə Məhəmməd Əmin Rəsulzadə və Nəsib bəy Yusifbəyliyə məxsusdur. Rəsulzadə sonralar yazırdı ki, Nəsib bəy də Azərbaycan türkçülüyü və Azərbaycan istiqlalçılığı ideyaları uğrunda mübarizə aparan idealist, millətpərvər, demokrat və liberal bir şəxsiyyət olub. Rəsulzadənin Yusifbəyli ilə bağlı dediklərində diqqəti çəkən məqamlardan biri də, Nəsib bəyi milli Azərbaycan ideyasının müəllifi kimi göstərməsidir. 

Bu onun göstəricisidir ki, Rəsulzadə memarı olduğu Azərbaycan Cümhuriyyəti ideyasında Nəsib bəyin rolunu daha üstün verməklə öz ləyaqətinin ucalığını ifadə edib. Başqa sözlə, Rəsulzadənin bu fikirlərindən belə nəticə çıxarmaq olar ki, milli və müstəqil Azərbaycan ideyasının nəzəri-ideoloji müəllifi Rəsulzadə, siyasi hədəfçisi isə Nəsib bəy olub. Deməli, Azərbaycan Cümhuriyyəti iki böyük liderin nəzəri-ideoloji və siyasi praktiki əməllərinin nəticəsidir. Azərbaycan türkçülüyü ideyasının əsas ideoloqu Məhəmməd Əmin Rəsulzadə "Açıq söz” qəzetində ilk dəfə olaraq "müsəlmman”, "tatar” əvəzinə "Biz türkük!” yazıb. Bu surətlə "ümmətçilik” dövrünü rəsmən qapadaraq, Azərbaycan türk millətçiliyi dövrünün başlandığını elan edib. Rəsulzadənin özünün də qeyd etdiyi kimi, bu millətçilik şovinizm deyil, mütərəqqi millətçilik idi. Ümumi türkçülükdən Azərbaycan türkçülüyü ideyasına doğru önəmli bir addım atan Rəsulzadə indiki anlamda azərbaycançılığın əsasını qoyub.

- Müəyyən anlamda eyniləşdirilən, bəzi məqamlarda üz-üzə qoyulan "türkçülük” və "azərbaycançılıq” anlayışlarının ortaq və fərqli cəhətləri nələrdir?

- Azərbaycançılıq və türkçülüyün bəzən bir-birinə zidd, bəzən də birləşdirimci ideyamlar kimi tədqim olunmamsının kökümnü müstəqil olmağımıza baxmayaraq, azad şəkildə düşünə bilməməyimizdə axtarmalıyıq. Siyasi-hüquqi və maddi-cismani cəhətdən azadlıq əldə etsək də, hələlik mənəvi-ruhi baxımdan müstəqilliyi, milliliyi qavraya bilməmişik. 70 illik Azərbaycan SSR-dən imtina edərək özümüzü cəmi iki il ömür sürmüş Azərbaycan Cümhuriyyətinin xələfi elan etsək də, kifayət qədər ziddiyyətli hallarla qarşılaşırıq. Əgər bu gün söhbət "türkçülük” və "azərbaycançılıq” arasındakı fərqlərdən və oxşarlıqlardan gedirsə, onda məntiqi olaraq Azərbaycan Respublikasının AXC-nin, yoxsa Azərbaycan SSR-nin varisi olması məsələsi də gündəmə gəlməlidir. Ən düşündürücü hal odur ki, bu günə qədər nədən Azərbaycan Cümhuriyyətinin ərazisinin deyil, məhz Azərbaycan SSR ərazisinə varis çıxmağımızla bağlı doğru-dürüst fikirlərə, açıqlamalara rast gələ bilmirik. Bu baxımdan millət və dilin adı problemi ilə yanaşı, ərazi məsələsində də varislik problemi gündəmə gətirilməlidir. Hesab edirik ki, ötən əsrdə mövcud olan ideyalardan bəhs edərkən onları indiki cəmiyyətə olduğu kimi uyğulamaq lazım deyil. Ancaq bu o da demək deyil ki, biz Azərbaycan dövlətçiliyinin yaranmasında müstəsna rol oynayan milli ideyaları bu gün yalnız tarixin, ya da milli identikliyin hissələri kimi görməliyik. Bugünkü Azərbaycanın dövlət bayrağı ötən əsrin əvvəllərində təməli qoyulmuş Azərbaycan türkçülük ideyasının bariz təcəssümüdür. Burada əsas məsələ Azərbaycan xalqının özünəməxsus inkişaf yolunun əngəllənməsi deyil, bəlkə də əksinə, azərbaycançılığı "üçlük”, o cümlədən türkçülük əsasında daha inandırıcı və etibarlı etməkdir. Hər hansı bir ideyaya münasibətdə kənara çıxmalara, ifrata varmalara gəlincə, bu həmişə olub, indi də var və gələcəkdə də olacaq. Bu mənada, Azərbaycanda türkçülük varsa belə, o əsla və əsla ölkəmizdə yaşayan talışlara, ləzgilərə, kürdlərə, udinlərə, tatlara və başqa azsaylı etnik qruplara qarşı yönəlməyib. Əksinə, Azərbaycan türkləri həmin azsaylı etnik qruplarla əsrlər boyu barış və xoşgörü əsasında bir yerdə yaşayaraq ortaq vətəni, mədəniyyəti, adət-ənənələri paylaşıblar. Çünki Azərbaycan türkçülüyü bütün etnoslarla bərabər yaşamağın mümmkünmlüyünü ifadə edir. Azsaylı etnik qruplar məsələsini önə çəkərək azərbaycançılıq və türkçülük arasında sədd çəkmək, uçurum yaratmaq nəinki doğru deyil, hətta deyərdim ki, təhlükəlidir. Azərbaycançılıq türkçülük və islamçılıq ideyaları ilə bir yerdə mövcud ola, zamanın tələbləri baxımından müəyyən mənada önə də çəkilə bilər. Unutmamalıyıq ki, əslində azərbaycançılıq daha çox dövlət daxilində milli ideya kimi öz təsdiqini tapır. Vətəndən kənarda isə azərbaycançılıq yalnız türkçülüyə söykəndikdə müəyyən bir məna kəsb edir.

- Bir çox məqalənizdə milli şüurun formalaşmasına əsas maneə kimi sovet dövrünün yetişdirdiyi ziyalıları göstərirsiniz, sizcə, yeni nəsil ziyalılar öz işlərinin öhdəsindən gələ biləcəkmi?

- Hər halda bu bir gerçəklikdir ki, milli şüurun istənilən keyfiyyətdə formalaşmamasının əsas səbəbkarları "Sovet məktəb”ini bitirmiş ziyalılar, başqa sözlə, elmi işçilər, müəllimlər və təhsil idarəediciləridir. Onlar dünyagörüşcə "Sovet milləti”nə əsaslandıqları üçün gənc nəsildə müstəqil fəlsəfi dünyagörüş və millilik ruhunu aşılamaqda çətinlik çəkirlər. Üstəlik, "Sovet məktəb”ini bitirmiş müəllimlər qurtula bilmədikləri sovet ideologiyasının təsiri altında yazdıqları elmi əsərlərlə, dərsliklərlə şagirdlərin, tələbələrin milli şüurda formalaşmasına əngəl olurlar. Ona görə də hazırda milli şüurun formalaşmasına nail olmaq üçün iki məsələyə - təhsil bazası, müəllim-ziyalı kontingentinə - xüsusi diqqət yetirmək lazımdır. Milli şüurun formalaşması üçün ilk addımlar məhz bu sahələrdə atılmalıdır. Reallıq odur ki, Azərbaycan insanlarının xeyli qismi SSRİ dövründə yaşayıb və "sovet beynəlmiləlçiliyi” təhsili alıblar. Milli şüurun formalaşması baxımından təhsil əsasında ilk növbədə, bunlar nəzərə alınmalıdır: - Tarixi şüur və mədəniyyət şüuru. Bu mənada, hazırda milli şüurun formalaşmasında çox vacib olan milli mədəniyyət və milli tarix şüurunun öyrənilməsinə böyük ehtiyac var. Hər bir millətin varlığı və gələcəyi onun tarixi və mədəniyyət şüurunun səviyyəsi ilə bağlıdır. Ancaq bu gün tarixi və mədəni şüurumuz yarımçıqdır. Sovet təhsili və tərbiyəsi almış ziyalılarla yeni nəslin türklüyə, müsəlmanlığa baxışı eyni deyil.

Əslində qısa zaman kəsiyində milli şüur məsələsində ciddi dəyişikliklərin baş verəcəyini gözləmək sadəlövhlük olardı. Ancaq o da sadəlövhlükdür ki, SSRİ dövründə sovet beynəlmiləlçiliyi ruhunda yetişmiş ziyalılardan yeni nəslə milli ruh öyrətməyi, təbliğ etməyi gözləyək. Bu gün milli şüurun formalaşmasında yeni nəsil ziyalılarının, yeni nəsil alimlərin çiyninə daha ağır yük düşür. Ziyalı kimliyi milli şüurun formalaşmasında vacib faktordur. Yəni ziyalının özünü hansı kimlikdə - milli, dini və bəynəlmiləlçi görməsi milli şüurun hansı şəkildə formalaşmasına ciddi təsir göstərə bilər. Bu üç anlayışın üçünü də hər bir kəs özü başa düşdüyü kimi yanaşa və əsaslandıra bilər. Azərbaycan toplumunda ziyalının nüfuzuna başlıca zərbə kütlə üzərində təsirinin çox aşağı olmasıdır. Hər hansı cəmiyyətdə kütlə artıq ziyalıya inanmırsa, yaxud da bu inam aşağı səviyyədədirsə, o toplumda ziyalı məğlub durummdamdır. Bu isə ona gətirib çıxarır ki, ziyalı kütləyə deyil, əksinə, kütlə ziyalıya təsir göstərir, öz nüfuzu altına salır. Başqa sözlə, ziyalı kütlənin dediyi ilə oturub-durmağa başlamyır. Bütün hallarda, istənilən məsələyə münasibətdə ziyalı zəmanəyə uyğunlaşmaqdan daha çox, yəni gah ateist, gah millətçi, gah da dinçi olmağı bir kənara qoyub, zəmanənin tələblərini də nəzərə almaqla yanaşı, əsasən sabit bir mövqe nümayiş etdirməlidir. Bu o demək deyil ki, ziyalı-alim şəraitə, dövrə, mühitə hökmən uyğunlaşmalı, ona görə hərəkət etməlidir. Əgər ziyalı sovet dövründə ateist, müstəqillik dövründə dindar və millətçidirsə, artıq o, ziyalılıqdan çox uzaqlaşıb.

- Düşüncələrinizə görə, Türk-İslam birliyi adı altında müsəlman olmayan türklərin kənarda tutulması qətiyyən doğru deyil. Dini ayrı-seçkilik qoyulmadan yalnız türk xalqlarının formalaşdırdığı yeni birlik nə qədər realdır?

- Türk xalqlarının özləri üçün aydınlaşdırmalı olduğu ilk məsələ türkçülüyün islam dini ilə hansı anlamda bütövlük təşkil etməsidir. Əslində bu gün türk-müsəlman xalqları özünü əsasən islam dünyasında görürsə, o zaman müsəlman aləminin problemlərini öz məsələləri kimi dəyərləndirmək məcburiyyətindədir. Bu heç də göründüyü qədər sadə deyil. Ona görə də, bütün türk aydınları islam dünyasının məsələlərinə mürəkkəbdən sadəyə doğru deyil, tam əksinə, sadədən mürəkkəbə doğru cavab verməlidir. Türk aydınları öncə islam dini inanclı türk xalqlarının çağırışlarına cavab verməli, problemlərinə həll yolları göstərməli, amma müsəlman olmayan digər dini inanclı türk xalqları - qaqauzlar, macarlar, bolqarlar, yakutlar, tuvalılar və başqalarını da unutmamalı-dırlar. Ancaq bundan sonra islam dünyası xalqlarının, dünya xalqlarının problemləri və həll yolları gündəmə gələ bilər. Atalarımız demişkən, "öncə evin içi, sonra çölü”. Demək istədiyim odur ki, Türk-Turan xalqlarının Tanrı yolunda yürümələri islamla başlamadığı üçün, onu həddən artıq ideallaşdırıb türk kimliyini arxa plana keçirmək doğru deyil. 

Doğrudur ki, Şamançılıq, Xristianlıq, Buddizm, Yəhudiliklə müqayisədə türklər özlərini daha çox islamda tapıblar. Məhz buna görə, türklər Tanrıya gedən yolda 13 əsrdir islamla birlikdədir. Hər bir millət islam dininə öz kimliyindən yanaşaraq onun əsl mahiyyətindən uzaqlaşmalı deyil. Ancaq öz milli dəyərlərini, adət-ənənələrini, mədəniyyətini tamamilə dinin içində əritməyi də doğru hesab etmirik. Hər bir şey ölçüsündə, əndazəsində olmalıdır. Bir din hər hansı millətin dəyərləri içində assimilyasiya olunanda zahiri xarakter daşıdığı kimi, bir millət də hər hansı dinin içində əriyəndə millətin yalnız adı qalır, özü isə məhv olur. Əgər bu gün dünyada 7 müstəqil türk dövləti varsa, onların hamısı da müsəlman ölkələridirlərsə, o zaman türklüyün və islamlığın bir-birini tamamladığını düşünə bilərik. Ancaq bütün hallarda 7 türk dövlətinin birliyi birinci türklüklərinə, ikinci müsəlmanlıqlarına əsaslanmalıdır. Çünki milli birlik qədərimiz, dini birlik seçimimizdir.

(Davamı gələn sayımızda)

İsmayıl