Müqəddəs Ramazan ayının vazkeçilməz qidalarından birincisi xurmadır. Xurma "Quran”da adı çəkilən üç meyvədən biridir.
Xurma ekzotik meyvə, şirniyyat, desert, isti ölkələr üçün "səhra çörəyi” və pəhriz ərzağı kimi istifadə edilir. Xurma ilk növbədə, orqanizmi gücləndirir və ömrü uzadır. Yabanı xurma 5-7 min il bundan əvvəl ərəblərin əcdadları tərəfindən istifadə olunub. Xurma təsvirlərinə Misir məqbərələrində də rast gəlinir. Ərəb cəngavəri yürüşə getməmişdən əvvəl dözümlülük üçün atına 2 kisə xurma yükləyərdi. Xurma ağaclarının böyük hissəsi Səudiyyə Ərəbistanında yetişir. İstehsalı və satışı üzrə dünyada birinci yeri də Səudiyyə Ərəbistanı tutur.
Xurmanın bitib-tükənməyən faydaları..
Qədim zamanlardan xurma müalicəvi xüsusiyyəti ilə tanınırdı. Xurma insana güc, dözümlülük gətirir, kişi patensiyasını artırır. Həmçinin ürək, böyrək, qaraciyəri möhkəmləndirir, bağırsaqda faydalı bakteriyaların inkişafına yardımçı olur, orqanizmi infeksiyalara qarşı dayanıqlı edir. Xurma, həmçinin anemiya, hipertoniya, döş və ağ ciyər, öskürəyə faydalıdır. Xurma qadınlara hamiləlik, doğuş və uşaq əmizdirmə zamanı xüsusilə faydalıdır. Xurma doğuşu asanlaşdırır, orqanizmin süd hasil etməsinə yardımçı olur. Hazırda ərəblər xurmadan kompot, kisel, müxtəlif qənnadı məmulatları hazırlayırlar. Xurmanı una çevirmək və ondan bal, turşudub dadlı içki də almaq olar. Xurma həkimlər tərəfindən hamıya - diabet xəstələrinə, hamilə qadınlara, uşaqlara məsləhət görülür.
Xurma xərçəng riskini azaldır
Quru xurma yapışqan səthə malik olduğundan üzərinə bakteriyalar hopur. Ona görə xurmanı uzun müddət açıq havada saxlamaq olmaz, yeməmişdən öncə də yumaq lazımdır. Bundan başqa, xurmanın tərkibində xolesterin olmadığına görə əla pəhriz meyvəsi hesab edilir. Xurmanın tərkibindəki ftor dişləri kariyesdən qoruyur, selen - xərçəng və ürək xəstəliyi riskini azaldır, immun sistemini gücləndirir. Eyni zamanda, mütəxəssislər qeyd edir ki, xurma yemək bağırsaq problemlərinə, zəifliyə, ürək xəstəliklərinə və mədə xərçənginə faydalıdır. 100 qram xurmada 70 qram karbohidrat var. Karbohidrat beyni qlükoza ilə təmin edir və başağrısının qarşısını alır. Bütün bunlardan başqa xurma dərinin yaşlanmasının qarşısını alır, tərkibində olan dəmirlə qan azlığını aradan aparır. B1, B2 vitaminlərini bir yerdə əhatə etməsi qaraciyəri qüvvətləndirir, boğaz ağrısı və öskürəyə xeyirlidir, ürək-damar xəstəliklərinə faydalıdır.
Xurmanın xeyir vermədiyi orqan yoxdur...
Son zamanlar aparılmış tədqiqatlardan həmçinin bəlli olub ki, xurma həm də insanın gözləri üçün çox vacibdir. Belə ki, bu meyvə gözün zəifləməsinin qarşısını alır. Bundan başqa, xurma mədə xərçənginin profilaktikası üçün effektiv vasitələrdən biri sayılır. Müasir elmi təcrübələr nəticəsində məlum olub ki, xurmanın tərkibində hamiləliyin son aylarında analıq əzələlərini möhkəmləndirən xüsusi stimulyaşdırıcılar var. Bu isə öz növbəsində nəinki, tək doğuş prosesini yüngülləşdirir, həm də doğuşdan sonrakı qan itirilməsinin müddətini azaldır. Orucluq ayında həkimlər məsləhət görürlər ki, iftarı su ilə açan zaman bir neçə quru xurma yeyilsin. Bütün gün ac olan mədəyə düşən xurma mədə ekstraktını neytrallaşdırır. Sonra qida qəbulu zamanı həzm prosesini yüngülləşdirir.
İsmayıl