Aşıq Ədalət Türkiyəyə gedir- Səhhəti pisləşib

Ədalət Nəsibov: "Nə çörək yeyə bilirəm, nə su içə bilirəm"

"Səhhətim yaxşı deyil, bir az problemim var”.

Bunu Sherg.az-a səhhətinin pisləşməsi və təcili Türkiyəyə aparılması barədə xəbərlərə aydınlıq gətirərkən ustad aşıq Ədalət Nəsibov deyib. 

O bildirib ki, həqiqətən də Türkiyəyə getməyə hazırlaşır:

"Gedəcəyəm, görüm həkimlər nə deyir. Gedib qardaşlarımın yanına dəyib, gələcəm". 

Maddi dəstək üçün dövlətə müraciət etmədiyini deyən ustad aşıq öz vəsaiti hesabına müalicə alacaq: 

"Naşükür deyiləm, beşdən üçdən varımdı". 

Narahatlığının boğazında olduğunu bildirən aşıq Ədalət heç nə yeyə bilmədiyini söyləyib:

"Ağrım boğazımdadır. Udquna bilmirəm, nə çörək yeyə bilirəm, nə su içə bilirəm. Heç nə boğazımdan keçmir. Yediyim hər şey gedir elə bil boğazımda ilişib qalır”.

Ayyət Əhməd