Gəlin nişanlısına vertolyotla sürpriz etmək istədi: 4 nəfər öldü

Braziliyada yaşanan vertolyot faciəsində nişanlısına sürpriz etmək üçün vertolyotla toya gedən bir gəlin, böyük qardaşı, fotoqraf və pilot həyatını itirib. Keçən il ölkəni kədərə qərq edən qorxunc qazanın görüntüləri indi ortaya çıxıb.
Xarici Braziliyanın Sao Paulo şəhərində 4 dekabr 2016-cı il tarixində yaşanan vertolyot qəzası hələ unudulmayıb.
Toy mərasiminə getməkdə olan gəlin ilə böyük qardaşı, fotoqraf və bir pilotun içində olduğu vertolyot, bir anda qəza edib və yerə düşüb.
Toy fotoqrafçısı tərəfindən qeydə alınan görüntülərdə, 4 adamın son anları və yaşadıqları qorxu kamerada əks olunub. Bir süpermarketin yaxınına düşən vertolyotdakı 4 nəfər də ölüb.