Gənc qadın özünü bulvarda dənizə atdı – AİLƏ PROBLEMİ




Bakıda gənc qadın özünü dənizə atıb. 

Lent.az xəbər verir ki, Xətai rayon sakini 1989-cu il təvəllüdlü Şəhla Mirzəyeva (ad şərtidir) Neftçilər prospekti 16-nın qarşısında - Dənizkənarı Milli Parkda intihar məqsədi ilə özünü dənizə atıb. Ərazidəki polis əməkdaşları onu xilas ediblər.

Ş.Mirzəyeva izahatında bildirib ki, ailə vəziyyəti ilə əlaqədar intihar etmək istəyib.
Araşdırma aparılır.