34 yaşlı müəllimə 12 yaşlı şagirdiylə evlənmişdi: Ayrılıq xəbəri gəldi

ABŞ-da 1996-cı ildə 12 yaşlı şagirdiylə əlaqə yaşayan 34 yaşlı Mary Kay Letourneau "uşaq yaşda birinə təcavüz” suçu ilə 7 il həbsdə qaldı. Dünyada böyük səs-küy yaradan hadisədə 34 yaşlı bir qadın müəllimə 12 yaşlı şagirdiylə birlikdə olmuşdu.
Ancaq hadisə daha sonra fərqli bir şəkilə gəldi. Mary Kay Letourneau həbsdən çıxar- çıxmaz şagirdi Vili Fualaau ilə evləndi. Qadın 7 il həbsdə qalmış, çıxdığı zaman şagirdi 19 yaşına gəlmişdi. Qadın ikinci dəfə uşaq təcavüzündən cəza aldıqdan qısa bir müddət əvvəl ilk qızları Audrey dünyaya gəldi. Ata o zaman 13 yaşında idi. İrəliləyən müddətdə məhkəmə qadın müəllimə şagirdinə yaxınlaşma qadağası qoysa da ikili yenə bir araya gəldi. Bu dəfə həbsə girərkən qadın ikinci qızlarına hamilə idi. Georgia həbsxanada dünyaya gəldi. 20 il birlikdə olan müəllim və şagirdin iki qızları, Mary Kay Letourneaunun ilk evliliyindən olan 4 uşağıyla birlikdə çox yaxşı yola gedərək böyüdü. Ancaq cütlükdən ayrılıq xəbəri gəldi. Çox danışılan qalmaqalda 20 il sonra müəllim və şagird boşandı.