Azərbaycanda seysmik aktivlik artıb

Ölkəyə seysmik aktivliyi ölçmək üçün dəyəri 1 milyon 500 min manatdan çox olan aparatlar gətirilib



Ölkəyə seysmik aktivliyi ölçmək üçün yeni cihazlar gətirilib. Dəyəri 1 milyon 500 min manatdan çox olan bu aparatlar Xəzər dənizində neft yataqlarında quraşdırılmaldır. Amma bunun üçün pul ayrılmalı və qərar verilməlidir.
Ümumiyyətlə, son günlər ölkədə seysmik aktivlik xeyli artıb. Ötən il ərzində baş verən təkanların sayı bu iliin təkcə iki ayı ərzində qeydə alınıb. 2 həftə öncə baş verən zəlzələdən sonra coğrafi cəhətdən seysmik aksümumilikdə pespublika və on sərhəd ərazilərdə 1435 təkan qeyd alınıb ki, bunun 56-sı Xəzər dənizində baş verib və 3 ballıq olub. Elə ən çox aktivləşmə də Xəzər dənizi ətrafı və şimal bölgəsində qeydə alınır.
Ölkəmiz seysmik cəhətdən aktiv zonada yerləşir. Bəs zəlzələ baş verərsə vətəndşlar nə edəcəklərini bilirlərmi?
Apardığımız sorğudan məlum oldu ki, zəlzələ baş verən anda hansı hərəkəti edəcəklərini bilənlərlə yanaşı öz taleyini qəzavü qədərə etibar edənlər də az deyil. (ans)
Mütəxəssislər isə deyir ki, belə təknlar nə qədər çox olsa o qədər yaxşıdır. Çünki təkanlar olmadıqda bu enerjinin toplanmasına və nəticədə daha ağır, güclü zəlzələlərin baş verməsinə gətirib çıxara bilər.