Zeynəb Xanlarova: "Mən çox qorxuram ki, camaat ayağa qalxar. Nardaran mənə şikayət edirlər"

"Mən əvvəlcədən deyirəm. Sonra deməsinlər Zeynəb Xanlarova parlamentdə bu məsələni qaldırmadı. Mən sözümü dedim”
Xəzər dənizi sahillərində hasarların tikilməsi və dənizin əhalinin əlindən alması millət vəkilini hiddətləndirib
 
 "Nardaran camaatını ayağa qaldırmasınlar". Bunu millət vəkili Zeynəb Xanlarova Nardaran sakinlərinin Xəzər dənizi boyu çəkilən hasarlardan şikayətini çatdırıb.
O bildirib ki, Nardaran sakinlərinin işıq, qaz problemi var idi. Prezidentə müraciət etdikdən sonra saatlarla da olsa bu məsələ həll olundu. "Amma mən çox qorxuram ki, camaat ayağa qalxar. Nardaran mənə şikayət edirlər". Onun sözlərinə görə, Nardarana Binə yolu ilə gələndə elə evlər tikilib ki, elə hasarlar ucaldılıb ki, dünyanı gəzsədə belə şey görməyib. "Camaat ağlayır. Deyirlər hər şeyimizi əlimizdən alıblar. Dənizimizi niyə əlimizdən alırlar?. Sizi oğurlamayacaqlar ki?. Biri var bu hasarı evinin həndəvərində çəkə, biri də var ki, bütün dəniz boyu çəkib. Hasarı niyə çəkiblər? Kimin villasıdır bilmirik. İstəyirlər ki, xalq qalxsın ayağa, külünglərlə sındırsınlar o hasarları? Nardaran sakinlər "sən öləsən, mən ölüm” baxmırlar.
Bu dənizi almaq olmaz axı? Mən əvvəlcədən deyirəm. Sonra deməsinlər Zeynəb Xanlarova parlamentdə bu məsələni qaldırmadı. Mən sözümü dedim”.