Yanukoviç sevgilisi ilə qaçıb?

Kiyevdəki ixtişaşlardan sonra yoxa çıxan Viktor Yanukoviçin sevgilisinin aşbazının bacısı olduğu deyilir

 

Ukraynanın səlahiyyətləri əlindən alınan prezidenti Viktor Yanukoviç haqqında yeni iddia yayılıb. Belə ki, Yanukoviçin Mejiqorye sarayından həyat yoldaşı Lyudmila ilə deyil, 39 yşlı sevgilisi Lyubov Polejay ilə qaçdığı iddia edilir. Sensasiyalı iddiaları ukraynalı jurnalist Sergey Leşçenko ortaya atıb.
Yanukoviçin cümə günü helikopterlə qaçdığı kadrlarda meydançada pudil cinsi it olduğu diqqəti cəlb edir. Ertəsi gün onun evinə irən jurnalistlər bir foto tapıblar. Fotoda eyni it L.Polejayın qucağındadır.
Məhz bundan sonra Ukrayna prezidentinin sevgilisi ilə qaçması barədə iddialar ortaya çıxıb.
Qeyd edək ki, V.Yanukoviçin 3 ildir ki, Lyubov Polejay ilə əlaqəsi olduğu barədə şayiələr dolaşır. Onun adıçəkilən qadınla tanışmasına aşbazı Nadejda Marintseva vəsil olub. Polejay aşbaz qadının bacısıdır.
Qadın əvəllər tez-tez Mejiqorye iqamətgahına gəlib gedib. Son 3 ildə isə bu evdə xanımlıq edib. (ans) Ölkənin birinci xanımı vəziyyətdən xəbərdar olub, lakin səssizliyini qoruyaraq Donetsk şəhərində tək yaşayıb.
Yanukoviçin evində hətta Polejayın məktəbli qızı üçün xüsusi otaqda hazırlanıb.