İşbaz Ablyazovun cinayət “dramı”

Qazaxstanın keçmiş oliqarxı məhkəməni satın ala bilmədi



Eks-an-Provans şəhərində həbsxanaya salınan qazaxstanlı oliqarx Muxtar Ablyazov Fransa ədalət məhkəməsini satın ala bilmədi.

Ablyazov, demək olar ki, ən çox mətbuatda yer almış cinayətkarlardandır. Keçmiş maliyyəçi və məmur, faktiki olaraq "zamanımızın qəhrəmanı” laqqırtı sahəsində internetdə olan seqmenti maliyyələşdirir və əzizləyir. Xeyli kapital toplayıb öz vətənində dağıdıcı elementləri maliyyələşdirən fəal vətəndaş mövqeli "alicənab iş adamı”. Avropa oxucu kütləsi onu belə təsəvvür edir. Lakin bir az dərinə getsək necə? Qızıl zərin nazik qatın altında biz pası, qatı "xlestakovu” aşkar edərik. Bu oğru və prinsipsiz işbaz cinayətkarcasına hörümçək sayağı Böyük Britaniya, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızstan, Macarıstan, Latviya kimi böyük ərazini ələ keçirib. Beynəlxalq cinayətkar qruplaşmanın genişliyi təsir bağışlayır. Kiprdən Britaniya Vircin adalarına kimi uzanan ofşorların nəhənq "paltaryuyan maşınlarında” yuyulan çirkin pulların məbləği milyardlarla hesablanır. Bu pulların cüzi hissəsi Qazaxıstandakı siyasi partiyanın, qəzetlərin nəşrinə, telekanalın və internetin maliyyələşdirilməsinə ayrılıb. Ayrı-ayrı tribunalardan ədalətdən danışan insan, həqiqətdə elektoratın səslərini oğurluq pullar vasitəsilə alırmış.

Lakin onun Qazaxıstandakı partiyası bünövrədən ölü doğulmuş uşaq idi. Oğurluq üstündə tutulan keçmiş məmur heç cürə müxalifətçi kimi qiymətlənmirdi. Biznesin arasında o, faktiki olaraq özgə idi. Yerli sahibkarlar aydın görürdülər ki, oliqarx yalnız öz maraqlarını güdür. Belə də oldu. Ablyazov aktivlərini BTA-bankdan ofşorlara çıxarmaq sxemini işə salanda, partiya ona siyasi mübarizə üçün lazım oldu. Lakin bu mübarizə özü təqdim etdiyi kimi Qazaxıstanın hakimiyyətilə yox, əsasən istintaqla aparılır. Siyasi məsləklərə görə əzab çəkən siyasətçi obrazını ərsəyə gətirən oliqarx uzun müddət əvvəl ingilislərin, sonra isə fransızların başını piyləyirdi.

BTA-bank İngiltərədə altı milyard dollar vəsaiti qaytarmaq üçün Ablyazovla məhkəmə çəkişməsi aparırdı. Ablyazov biabırçı vəziyyətdə məhkəməni uduzaraq həbsdən qaça bilmiş, lakin nəticədə fransızlar onu həbs etmişlər. Ən maraqlısı odur ki, hətta həbsxanada ola-ola və faktiki olaraq cinayətkarın Rusiyaya verilməsi məsələsi həll olunduqda, Ablyazov və onun əlaltıları artıq üzülmüş məzlum obrazını istismar etməsini davam edirlər. Ağ yalan danışmağa adət etmiş vəkillər isə "laqqırtı” səhifələrində cəfəngiyyət danışırlar. Onlardan biri, Mark Feyqin deyib: "Ümumiyyətlə mənə elə gəlir ki, bu məsələ təsərrüfat müstəvisindədir. Mən bu işdə hər dəfə cinayət tərəfinin axtarışını anlaya bilmirəm. Bu məsələlər ancaq iqtisadi müstəvidə qala bilərdi. Axı niyə kreditlərin qaytarılması cinayət tərkiblidir? Siyasi məsələlərin kompleksi hüquqi tərəfini araşdırmağa imkan vermir”. Anlaşılmır, altı milyard dolları oğurlamaq təsərrüfat məsələsidir?

Yeri gəlmişkən Londonda bu məsələ həmin müstəvidə, yəni təsərrüfat məsələsi kimi araşdırılırdı. Niyə? Çünki Ablyazov siyasi cəhətdən fəallaşmağa başlayardı. Buna görə iddiaçı, yəni BTA-bank, vətəndaş mühakimə üsulunda məsələyə dəqiqlik gətirmək qərarına gəldi.

Buna baxmayaraq Ablyazov yenə də siyasi kartını ortaya atmağa çalışdı. Alınmadı. Hakim Naycel Tir məhkəməyə hörmətsizliyə görə ona 22 aylıq iş kəsdi. Nnəzərə almaq lazımdır ki, bu mülki iş əsnasında baş verib. Soyuqqanlı ingilisləri də hövsələdən çıxartmaq olarmış.

Britaniya məhkəməsi nəinki bankın xeyrinə qərar çıxartdı, hətta məsələni şərh də etdi. Hakim qeyd etdi ki, Ablyazov BTA-bankın başçısı olarkən, ingiltərə məhkəməsində baxılan ən iri həcmli dələduzluğa əl atıb. Nə oldu Feyqan, aldınızmı payınızı? Cəfəngiyat danışmaqdan öncə, işin materialları ilə tanış olmaq lazımdır. Əks təqdirdə özünüzü təcrübəsiz mütəxəssis kimi təqdim edirsiniz. Bəlkə Ablyaovun təcrübəli mütəxəssisləri tutmağa pulu çatmır?

Fransada oğrunu Rusiyaya verilməsi məsələsinə baxılması dünyanın ən fərasətli cinayətkarı təmizə çıxartmaq üçün aparılan ağır işin məntiqi nəticəsidir. Cinayətkarın verilməsini tələb edən ölkələrdən biri olan Rusiya iddia edir ki, Ablyazova qarşı cinayət işinin siyasi müstəvisi yoxdur. Əgər Ablyazov Rusiyanın həbsxanalarına səyahət edərsə, ona qarşı bütün hüquq və azadlıqlar riayət ediləcək. Fransa tərəfindən apelyasiya məhkəməsinin baş vəkili, baş prokurorun müavini çıxış edirdi. O təsdiq etdi ki, Rusiya Baş prokurorluğun sorğusu tam əsaslanmışdır. Rusiya tərəfi Ablyazovu Fransada ağır cinayət sayılan hərəkətlərdə təqsirləndirir. Bundan başqa o öz çıxışında qeyd etdi ki, Ablyazov oliqarx olmaqla hər şeyi almağa, müxalifət partiyaları maliyyələşdirməyə, özünün müdafiəsi üçün komitə yaratmağa qadirdir. Lakin Fransanın ədalət məhkəməsini satın ala bilməz. Nəticədə Fransa məhkəməsi Rusiya Baş prokurorluğun Ablazovun verilməsilə bağlı sorğusunu tam əsaslanmış saydı.

Anar